jazzforlife

Skamyada yan- yana oturmuş, keçən dəfəki söhbətimizi xatirimdə canlandırarkən, bir tərəfdən də ona sual vermək üçün cəsarətimi toplamağa çalışırdım. Hər zamanki kimi düşüncəli idi; gözlərini Xəzərin çirkablı sularının uzandığı hansısa uzaq, bilinməz bir nöqtəyə dikmişdi. Əsən yel üzündə təbbəssüm yaratmamış,əksinə onu daha da düşüncələrə qərq etmişdi. Ani cəsarətlə "Niyə çoxları səni tanıdığını iddia edir, səni olmadığın kimi görməyə çalışırlar?" . O dəqiqə cavab vermədi, baxışlarını həmin nöqtədən çəkmədi belə. Həddimi aşdığımı düşünüb o dəqiqəcə peşman olmuşdumki dedi "  İnanki, bilmirəm..." Səsi çox şeyi bəlli etməsə də, orada haradasa çox da uzaq olmayan bir yerdən məyusluğun notları eşidilirdi. " Bəlkə də belə olması", -dedi üzünü mənim tərəfimə çevirərkən,"  mənim üçün sınaqdır." Baxışları susqun idi, nə dediklərini anlamağım yəqinki uzun illərimi alardı. Davam etdi." İnsanlar və önyarğıları, insanlar , insanlar... Kənardan baxmaq daha yaxşıdır. Yaxınlaşdıqca xəyal qırıqlıqrı əksik olmur heç vaxt. Hamısı eynidir- birinin digərindən fərqli olduğu düşüncəsi belə xəyal qırıqlığıdır. Mənsə artıq həyatıma müdaxilə edən çoxlarına əyləncə kimi baxıram" . Qaşlarım çatıldı , nə demək istədiyini anlamamışdım və təbiiki bunu gördüyü üçün güldü. Qəhvəyi gözləri parlamışdı. " Ciddiyə almıram yəni, əyləncəni başqa yerə yozmaq lazım deyil. " Mən də gülümsəmişdim. " .... Və təbiiki kimsələr  Məni dəyişdirmək iddiasında olmasın, bunu bacarmayacaqlardır çünki. Doğrularını özləri üçün qoruyub-qollasalar daha yaxşı olardı hətta. Verdiyim dəyərə layiq olanlar mənimlə qalar, ola bilməyənlər isə öz yollarına davam etsinlər. Onların gəlib getməsi Mənə bir təsir etmir çünki. Var idim ,olduğum kimi qaldım, və dəyişməyəcəm də. Onlara isə sadəcə Adios amigos.!!"

alizeyneb411

Cox gozel idi. Mence bir kitab gelsin:)
Reply

jazzforlife

@kerimli_  Sevinc bəxş etmək gözəl hisdir. Söz verə bilmərəm təəssüfki)

Küləyin itaətsiz saçları ilə oynamasıyla dolğun dodaqlarının kənarı qıvrılmış, zərif təbəssümünün işığı gözlərinə qonaq olmuşdu. Şabalıdı saçları havada uçuşduqca əsmər bənizində özünə yer etmiş kiçicik çilləri uzun kipriklərinin toxunuşuyla daha da gözə çarpmışdı.Üzünə düşən bir tutam saçı nazik barmaqlarına dolayıb qulağının arxasına sıxışdırdı: qəhvəyi gözləri hədəfini nişan alırmışcasına gözlərimə kilidlənəndə nə deyəcəyini düşünürdüm. Təbəssümü dodaqlarından qeyb olarkən sözə başlamışdı." Küləyi sevirəm. Azaddır,itaətsizdir, istədiyini edir və heç kimə açıqlama vermir. Mən biraz külək kimiyəm: öz ehtiraslarım qaranlıqda közərərkən onu sönməyə qoymuram. " Qaşları çatıldı. " Çox insan məni tanıdığını güman edir,öz gördüklərinə də inanırlar. Məndən olduğum kimi deyil başqası olmağımı istəyirlər. Daha zəif,daha iradəsiz,tabe olan,fikrindən dönən və bu kimi şeylər. Mən susduqca haqlı olduqları qənaətinə gəlir və öz düşüncələrini mənə yeritməyə çalışırlar." Biraz duruxsundu,ardından bayaqkinin əksinə daha zərif,ancaq iddialı bir təbəssümün dodaqlarına tac olmasına izn verdi. " Həqiqətən də xəfifə alınmağı sevmirəm. Biraz külək kimiyəm amma mənim qasırğalarım dağıdıcıdır. Yatmış vulkanlarım yerlə bir edicidir. Susduqca iddiaları artır,amma vulkan oyananda iş bitir,kökündən qısaca." Gözlərində alovdan kürələr oynayırdı. " Demək istədiyim, Mən elə mənəm. Güclü olmayan uzaq dursa yaxşıdır,yoxsa yanar özünün də xəbəri olmadan. İşi bitər ancaq Mən yenə Mən qalaram.Əksini iddia edənin hünəri varsa bir də yaxınlaşar." 

jazzforlife

Minnətdaram
Reply

Ulker_Suleymanova

@jazzforlife Bu möhtəşəmdir. Səviyyəli yazı buna deyərəm.
Reply

jazzforlife

Elə anlar olurki bütünlüklə dərk edirsən sonu görünməyən qaranlıq bir uçuruma yuvarlandığını. Yalnızca bir saniyə,yalnız bir saniyə ona qədərki hər şeyi puç edib,boşuna çıxarır. Ürəyin sinəni parçalayacaqmış kimi caynaqlayanda,göz yaşların soyuq tərinə qarışanda, ruhun ərşə çəkilib səni xarabaya çevrilmiş bədənində yalnız qoyanda anlayırsan,əlində olan bircə çarəsizliyin var xarabalığının üfunətli torpağına qarışırsan. Bax, bir saniyə,həmin bir saniyədə bir ümidə həbs olunmaq istəyirsən. Bəlkə də ümid ən böyük çarəsizlik imiş...

YusifAyxan

@jazzforlife 
            Gözəl müzakirə idi. :)
Reply

jazzforlife

@YusifAyxan Mən eynən sizin fikirlərinizə hörmət edir,yaşadığımız toplumda şəxsi fikirləriniz olmasını təqdir edirəm. Sizi anladım. Fikirlərinizi bölüşdüyünüzə görə minnətdaram. 
Reply

jazzforlife

Əsərim ağ vərəqin beş izində intihar etdi,sonra barmaqların ağ -qara dillərə yorğun toxunuşlarıyla cana gəlib danışdı. Notları qan ürəyə vurdu,beyin ruha yolladı. Barmaqlar passajlarda itərkən duyğular abstraktlaşdı; şüur susdu,qəlb danışdı,gah da hüceyrələr qara dillərdəki fırtınalarla cuşa gəldi. Biraz öldü,biraz nəfəs aldı,biraz bağırdı,azca güldü,susmadan ağladı,dayanmadan vurnuxdu,boğazda hıçqırıqlara döndü ağ dillərin " süd yolu"-na qarışdı. Sonra əsər bitdi: akkord və oberton qurşağının kəfəni...

jazzforlife

@ZuzuNikki cox sağolun)) dəyər verdiyinizə görə
Reply

ZuzuNikki

@jazzforlife dəfələrlə oxuğum,oxumaqdan doymadığım bir yazı.
Reply

jazzforlife

"Mənəm "-dedim boş baxışlara hədəf olan sısqa bədənimi dik tutmağa çalışaraq," ümidlərimin,arzularımın solğun qanımın mürəkkəbilə  həkk etdiyim günahkar namələrin büzüşdürülüb yoxluğa atıldığı insanam. Boşluqda sovrulanların sarıldığı həyat qırıntısıyam,qürub günəşinin səmada qoyduğu imzayam. Mənəm." Baxışlar dəyişmədi,əvəzində ağzından iki söz düşərək çəlimsiz bədənimə sarınmış ruhumun qaysaqlanmamış parçaşarına yeni yaranı açdı." İşgəncəyə davam."

jazzforlife

@Suleymanova_Ulker  Məsləhətiniz üçün minnətdaram. Amma bu yazdıqlarımı hekayədə cəmləmək kimi bir düşüncəm olmayıb və çətin ki,ola.  Profilimə nəzər yetirənlər elə buradan oxusalar daha yaxşıdır. Və təbiiki anlayan insanların..
Reply

Ulker_Suleymanova

@ jazzforlife  Onda daha da əla.Mən hələ də bunları bir hekayədə cəmləşdirməyinizi məsləhət görərdim.Uğurlu olardı.Amma çox insanın görməyini istəmirsiniz deyə profildə yayınlayırsınız bəlkə də,elədirsə məsləhətimi yox sayın.
Reply

jazzforlife

Xeyir alıntı deyil. Mənə məxsusdur.
Reply

jazzforlife

Sözlər əməllərlə güc qazanar. Əməlsiz , boş vədlərin,boş sözlərin arxasında durmayacağın cümlələrin çənə yorub, vaxt itirməkdən və mənasız yerə nəfəs tükətməkdən başqa bir mənası yoxdur.

MehribanKerimova

@jazzforlife Eynən. Qısaca onu deməzlər eliyərlər :D
Reply