kayrasinferno

heç vaz keçməməyim özümə vurduğum zərbədir, yoxsa ruhuma duyduğum hörmətdir? qəlbimin tələskən döyüntüləri qulağıma çalınır yenə, yenidən. sanki 10 yaş geri gedirmiş kimiyəm. böyüməkmi? bizdən qalsın. 

kayrasinferno

heç vaz keçməməyim özümə vurduğum zərbədir, yoxsa ruhuma duyduğum hörmətdir? qəlbimin tələskən döyüntüləri qulağıma çalınır yenə, yenidən. sanki 10 yaş geri gedirmiş kimiyəm. böyüməkmi? bizdən qalsın. 

kayrasinferno

şeytan oynağı zehnimin, boş otaqlarında gəzişib dururam. gözlərimi yumduqda qanlı savaşın içindəyəm, yummadıqda öz içimi parçalayır düşüncələrim. görünmək, eşidilmək, toxunulmaq. 
          boğazımı qurudur. hər gecə, bir savaşdan məğlub ayrılıram. 
          susdur. açarını əlində tutduğun qapıların səslərini susdur. lütfən.

werthear

(nəqli cümlə idi hər ehtimala)
Reply

werthear

necə içdən yazırsınız
Reply

kayrasinferno

"lənət olsun gecənin şərinə və sənin gözlərinə. lənət olsun gecənin fısıltısına və günahkar mənliyimə. lənət olsun təninə duyduğum həsrətə və zehnimin oyunlarına. lənət olsun dodaqlarının qırmızısına və mənim arzularıma. lənət olsun."
          - k

kayrasinferno

"damarlarımda axan qanın sürətləndiyi, yanaqlarım və gözlərimə hücum etdiyi,
          qəlbimin ağır bir yük altında qalmışcasına gərilməsi, titrəməsi,
          əllərimin çata bilmədiyi röyalara uzanmasının gətirdiyi titrəklik,
          dişlərimin ağzımda sıxılmasından, çənəmdə yaranan ağrı, 
          qaşlarımın alnımın ən dərin qatına qədər çatılması və dodaqlarımda dişlərimin izləri
          yəni qısqanclıq."
          - k

kayrasinferno

"qırmızı, 
          gözümə görünən tək rəng qırmızıdır
          qandır o yoxsa şərab
          fərqində deyiləm
          kölgəm biləklərimdən yapışıb
          dizlərimin üstünə çökəcəm
          edə bilmirəm
          indilərdə saçlarım belimə toxunur
          o ipək toxunuşları hiss edirəm
          barmaqlarının ucundakı tənim
          dodaqlarının boynumdakı hissi
          qəlbimdən çıxan od
          və sən
          sənə çevrilirəm"
          - k
          

kayrasinferno

"sənə gələn yolları düşünürəm. sıldırım qayalıqları, tikanlı yolları, zəhəri tökülən bulaqları düşünürəm. üzünü, gözünü, səsini, dilindən töküləcək kəlimələri düşünürəm. mədəm burulur, boğazım düyünlənir, lüğətim əksilir ifadə etməkdə. səni itirmək deyirəm mən buna. lakin dilimdən çıxdığı anlamla içimdə yaşanan anlam eyni deyil. səni itirmək - dərimin ən dərin qatlarında sızlayan bir yara, qəlbimin gizli bağçasında mühafizə etdiyim çiçəyimin solmasını izləmək, gözümdən axıda bilmədiyim yaşlarım, bir ağıl xəstəsinin obsessiyası kimi. 
          sənə gəlməmək və səndən getməmək üçün verdiyim savaşlarım, hər ikisində məğlub olmaq üzrəyəm. 
          sənə gələn yolları unutmaq və sənə gələn yollarda qaçmaq üzrəyəm."
          - k

kayrasinferno

@werthear i'm calling you belle, bonita ^-^
Reply