Qaranlığa qarışsam bu gecə
Artırsam sayını ölülərində
Heç kimin olmaz xəbəridə
Onsuz yoxdur heç sevənimdə
Bıçaq var bu dəqiqə biləyimdə
Yoxdu arxamda buraxacağım bir kimsə
Tərk etsəm getsəm bax indi bu cismi
Sənin məni buraxıb getməyin kimi
Boynunda bir ip var asılı
Ruhumda birdən çox yara var sargılı
Özüm sarmışam o yaraları
Çox çabaladım kəsmək üçün axan qanı
De indi nə təmizləyə bilər qanımdaki zəhəri
Açmayacam gözlərimi bu gecənin səhəri
Artıq hiss etmirəm əllərimi
Necə görmədin sevgimi?
Ölərəm düşsəm bu yüksəklikdən?
Daha üzücü bir şey varsa getməyindən
Oda səni bu qədər sevdiyimdən
Ölməkdir səni görmədən
Qələmə tökdüm bu gecə hisslərimi
Sənə qarşı hiss ettiklərimi
Bu qədər böyükkən axı
Sən necə görmədin sevgimi?
Unuda bilmirəm keçmişimi
Çox istəmişəm onu silməyi
Tək gözəl xatirəm səninlə idi
Bilirsən heç istəmirdim getməyini?
Unutduğum hislərimi yaşatdın
Sonra məni tərk edib qaçdın
Arxandan çox ağlatdın
Üstündə çox böyükdür ahım
Əllərim titrəyir bunu yazarkən
O günləri sənin şəklinə baxarkən
Göz yaşım düşdü şəkildə yanağına
Tez sildim xaiş edirəm ağlama
Artıq ağzıma sürmürəm yeməkdə
Yata bilmirəm gecələrdə
Sən varsan həmişə zehnimdə?
Heç görəsən azda olsa yer edinmişəm qəlbində?
Kəsik izi yoxdu biləyimdə
Ancaq açıqlamasızdı qanımdaki zəhərdə
Çoxalmaması qolumdaki yanıq izlərinində
Birinə verdiyim sözdəndir sadəcə
Yara doludur əlimdə
Məncə ən çox yara qəlbimdə
Ruhum cismimi tərk etsə
Sadəcə sən sevəsən deyə
Ölsəm sevərsən?
Ürəyində mənə yer edərsən?
Buradan çıxıb getsəm?
Ağlında yer edə bilərəm?
Gəldin yerləşdin ürəyimə
Dərdimi deyim axı kimə
Ən böyük xəyanəti elədim qəlbimə
Səni oraya həbs etməklə
Dedilər gələn deyil
O səni sevən deyil
Sevginə layiq deyil
Dedim elə biri deyil
O qızın üzüyünü taxdın barmağına
Bunu unutmaq üçün gedim hara
Siz xoşbəxt olarkən orda
Mən qaldım burda baxa-baxa
Səni sevdim
İmkansız olduğunu həmişə bildim
Ürəyimə rahatca yerləşdin
De indi rahatdı orada yerin?
Doğru sevgi ilə sevilmiş yanlış insansan
Bəlkə də məni sevdiyin üçün peşmansan
Əsas odur ki sən orda yaxşısan
Mənim burada pis olduğumu bilən var?
Sanki gedərək məndən qaçmısan
Halbuki həmişə sevirmiş kimi baxmısan
Mənim üçün sadəcə bir xəyalsan
Xəyalına belə özləm duyduğumu görən var?
Sevgimi görməyəcək qədər korsan?
Ya da istifadə edəcək qədər şeytansan
Ancaq yenə də imkansızsan
Mənim imkansızı sevdiyimin nə mənası var?
Sənə yazdığım şeirlərdən xəbərdarsan?
Sən heç birinə sevgindən şeir yazmısan?
Bəlkədə bu şeirləri heç vaxt oxumayacaqsan
Oxumasan şeirlərimi yazmağımın faydası var?
Ignore User
Both you and this user will be prevented from:
Messaging each other
Commenting on each other's stories
Dedicating stories to each other
Following and tagging each other
Note: You will still be able to view each other's stories.