Mən bu gün aylar sonra güzgüyə baxmağa cəsarət elədim sevgilim. Sənsiz keçən zaman anlayışımı itirdiyim ayların sonunda. Bu güzgüdəki kimdi bilmirəm... Nəyin nəçisidi bilmirəm. Əvvəllər birisinin qollarında ən canlı qəhqəhələrini çəkən, hər səhər qulağına eşq sözcükləri sıralayan, hər bir zərrəsini öpüşləriylə əzbərləmiş, güzgüdə bir yox iki xoşbəxt nəfər görən birisinə oxşayır əslinə qalsa. Diqqətlə baxanda məzarsız bir ölünü andırır. Daha diqqətlə baxsaq ruhu kainatda gəzintiyə çıxmış amma özünə yuva tapa bilməmiş birisinə oxşayır. Daha da diqqətli tapsaq 2 il əvvəl sevgilisini ölümün qollarına vermiş amma 2 ildi öz yasını tutan birisinə oxşayır. Və artıq sevgisi dəniz dəryanı aşacaq o adamın əlavə sözlərə ehtiyacı yoxdu. Ətrafda güzgünün qırıqları arasından sızan qan zamanın durduğunu hiss elətdirir. Zənn edirəm ki, səninlə görüşə biləcəyəm. Məni gözlə ey gözəl sevgili! Gəlirəm...