wattpad'ı ilk tapdığım vaxtlarda burda demək olar ki azərbaycanlı yox idi, türk kitabları oxuyurdum . Sonralar yavaş-yavaş kəşf edilməyə başladı wattpad azərbaycanlılar tərəfindən. Məsudə'nin gəlişiylə isə say pik nöqtəyə çatdı . Nəysə, sözüm onda deyil. Ilk vaxtlar bir neçə hekayə və "içimdəki səs"i yazmışdım . Öz daxilimdə özümü yazıçı adlandırıb havalı-havalı gəzirdim. Təbii, bunu heç kim bilmirdi :D indi azərbaycanlıların gəlişi ilə o qədər gözəl hekayələr oxuyuram ki, içimdəki səs "içimdəki səs"i silməmi deyir. Deyəsən siləcəm :D