sevgi hissetdirilməli olan yeganə duyğudur əzizim. nəzərdə tutduğum hər hansı ikili münasibətdi. varolduğunu bildirmədiyiniz müddətcə insanlar daima yoxluğunnan şübhələnəcək. çünki sevgi duyulduqca çoxalır, bir də günümüzdə insanların bir birini tapması var. hər şey bu qədər məhvolurkən, hər şey bu qədər adiləşmişkən, dünya rənglərini itirmişkən, sevgi şəfadı məncə. hamımızın bir xeyli öyrəşdiyi telefonu bir kənara buraxıb, bizi anlayan, dinləyən, önəmsəyən bir ruhla bir stəkan çay içməyin nə qədər dəyərli olduğunu anlamalıyıq. ertələdiyimiz çaylar soyuyur, həmçinin insanlar da. axı bu dövürdə anlaşıldığın insanı tapmaq da Allahdan bir lütfdür, mərhəmdir. insan tək qalmamalıdı əzizim. gedəcəyi yeri mütləq olmalıdı, dost, sevgili, yol yoldaşı. bu yolda tək addımlamaq olmur, ona görə fərqinə varmaq lazımdı.