wilkaverse2003

          ---
          
          Qapını döymədən içəri girdim.
          
          İlk diqqətimi çəkən şey otaqdakı qəribə səssizlik oldu.
          
          Cassian həmişəki yerində idi. Masanın kənarında dayanmışdı. Eirik divanda uzanmışdı. Freya, Evelina və Auren isə guya öz işləri ilə məşğul idilər.
          
          Guya.
          
          Bir-birlərinə baxmaqlarından hiss olunurdu ki, yenə nəsə fırladırlar.
          
          Qaşımı çatdım.
          
          — Nə olub?
          
          Cassian sakitcə başını qaldırdı.
          
          — Heç nə.
          
          — Məni niyə çağırmısan?
          
          — Darıxmışdım.
          
          Dərin nəfəs aldım.
          
          — Yalan danışma.
          
          — Mən heç vaxt yalan danışmıram.
          
          Divanın o biri başından Freyanın boğuq səsi gəldi.
          
          — Ay Allah... başladı.
          
          Evelina dirsəyini onun böyrünə vurdu.
          
          — Astadan!
          
          Freya pıçıldadı:
          
          — Astadan danışsam da eşidəcək.
          
          — Eşidirəm! — dedim.
          
          Freya günahsız-günahsız gülümsədi.
          
          — Mən heç nə demədim.
          
          Gözlərimi döydüm.
          
          — Hamınız niyə buradasınız?
          
          Eirik çiynini çəkdi.
          
          — Maraqlıdı.
          
          — Nə maraqlıdır?
          
          — Sən.
          
          — Mən?!
          
          Cassian sakit səslə əlavə etdi:
          
          — Hə.
          
          Başımı ona çevirdim.
          
          — Sən də?!
          
          — Hə.
          
          Əllərimi belimə qoydum.
          
          — Siz məni dəli edəcəksiniz.
          
          Cassian bir addım mənə yaxınlaşdı.
          
          — O qədər də çətin deyil.
          
          Eirik dodağını dişlədi.
          
          Freya başını Evelinanın çiyninə söykədi.
          
          — Mən beş dəqiqəyə partlayacağam.
          
          Auren qollarını sinəsində çarpazladı.
          
          — Səbir elə.
          
          Mən Cassianın gözlərinin içinə baxdım.
          
          — Məndən nə istəyirsən?
          
          — Səninlə danışmaq.
          
          — Danışdıq.
          
          — Az danışdıq.
          
          — Mənə kifayət etdi.
          
          — Mənə etmədi.
          
          ...
          
          Bir neçə saniyə susdum.
          
          Bu nə cavab idi?
          
          — Cassian...
          
          — Hm?
          
          — Sən əvvəllər belə deyildin.
          
          — Sən də əvvəllər həyatımda yox idin.
          
          Otaqda tam sükut çökdü.
          
           
          
          
          Biraz spoi verdim 

melek_2006_23

@ wilkaverse2003  yazarsan, okurum  
Reply

wilkaverse2003

As napiyon manyak şimdi kitaplığında baktım hepsi gay yaa psikopat misin sen ? 
          

wilkaverse2003

@Nemoproblemo444 offf tam bir psikopat arkadaşım var ama benim düşüncem böyle 
Reply

melek_2006_23

@ Nemoproblemo444  düz kitapları sadece alarak okuyorum. Wattpad benim için gay kitap demek Bl hayattır 
Reply

Wei_-Wuxian

https://www.wattpad.com/story/407379659?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Wei_-Wuxian
          
          Merhaba! Bu benim ilk kitabım ve bu yüzden heyecanımı, eksiklerimi paylaşacak farklı bakış açılarına çok ihtiyacım var. Oy veya popülerlik derdinde değilim, sadece ilk adımıma ortak olacak okurlar arıyorum.
          
          'Ölüm Paradoksu'; klişelerden uzak, tekinsiz bir sistemin içinde geçen, hayatta kalma temalı modern bir BL kurgusu. Büyük iddialarım yok ama üzerinde kalbimi koyarak çalıştığım, özgün bir dünya kurmaya çalıştım. Kendime ve hikayeme bir şans yaratmak için buradayım. Eğer bu tekinsiz dünyaya göz atmak isterseniz çok mutlu olurum. Rahatsız ettiysem üzgünüm!