nara_qasimova

Allah heç kimin könlünü boş insanla ovutmasin

nara_qasimova

Yağış..~ Yağış ~ Pəncərəmin gördüyü ən gözəl mənzərə.. Qulağımın eşitdiyi ən sakit və həzin səs.
          Gördüyümdə heç dayanmasını istəmədiyim mənzərə.. İncə sularınla yuyarsan hər yeri.. Bəlkə kiminsə qəmini apararsan, kiminsə sevincini..
          Bəlkə də kimisə sadəcə öz narın yağan damcılarınla isladarsan..Pəncərəmdə görsəm əlimi uzadaram sənə.. Bəlkə yağan damcıları arasında bir payım vardır deyə..

nara_qasimova

Son zamanlar insanları bir kənara qoy, yaşadığım mühit, dörd divar, tingələr, küçələr belə yadlaşıb. Sivilizasiyadan kənar bir insan olmağa başlayıram artıq. Məni maraqlandırmır ki, sən nələr çəkirsən, hansı dərdin sahibisən və yaxud da hansı dərd sənə sahibdir..Nəyimə gərəkdiye sənin dərdlərin, fikirlərin? Ətraf dəyişdikcə müsbətə, yaxşıya getdikcə mən sürtünmə qüvvəsi kimi hərəkətin əksinə doğru irəliləyirəm. Bəlkə də mənim getdiyim yoldu düzgün olan. Bəlkə də mənəm elə tək doğru yolu tapan