nazarofha

 Bəlkə bu gündə sənsizliyini mənə bəxş edib, onunla gözəl gün keçirdin. Bunun üçün sənə minnətdaram. Məni oyatdığın üçün, həqiqəti görməmək üçün əlindən gələni edən məni yox etdiyin üçün sənə minnətdaram. 
          	
          	 Amma unutma! 
          	
          	 Sən yoxsansa bir vaxtlar nifrətini qazanmış olanlar hər daim yanımda idi. Hansı ki gözlərimin onları görməsin deyə "sevgi" dediyin zəhəri mənə içirərərək mənimdə nifrətimi qazanan şəxslər.
          	
          	 Bununla belə sizə xoşbəxt bir ömür arzulamaq mənasızdır. Çünki sənə olan hisslərim gerçək idi və sən onlardan istifadə ettin. Mən gözyaşlarımı sənin üçün tökəndə sən onun əllərini tuturdun, onun gözlərinin ən tünd rənginə baxırdın, gülüşün onun üzünü isidirdi.
          	
          	 Arzu edirəm ki məndən sonra qarşına səni sənin kimi sevən biri çıxsın. Onda bəlkə taxdığın o üzlərin əslində sənin nə qədər üzsüz olduğunu qışqırdığını başa düşərsən və insanın gözündən necə düşdüyünü anlayarsan. 
          	
          	 Nə sən geri dön, nə də mən dönəcəyəm. Çünki qürurumun yerdə olduğu zamanlar, yəni sənə şans verdiyim zamanlar əslində divara söz demək kimi bir şey imiş. 
          	
          	 Gec anladım, amma tez oyandım. Xoşbəxt olma, məni üzüb xoşbəxt olacağını arzulamaram heç vaxt.
          	
          	 Gedən mən idim, amma buna məni məcbur edən sən idin~

Eşidəndə dəyişmişəm dünyamı 
          Çiçəklər də haray salsa incimə.
          Demirdinmi: “Alacaqsan canımı”
          Ruhum getsə, canım qalsa incimə.
          
          Heç bildinmi, səndən nələr çəkdi can?
          Dərdlərinnən bildin necə çökdü can?
          Bir dənəydi, elə bildin çoxdu can?
          Vicdanında qanım qalsa, incimə.
          
          ~Vahid Əziz~