nigarsuleyman
günün çıxmasından nə vaxt xəbərimiz olar ki? yuxuda olarıq. bir də ayılarıq ki, qaranlıq qucaqlayıb bizi. istiyə soyuqdan tez alışarıq. soyuqdan alışıb yanmaq nədir bəs? gecənin yuxusuzluğu gündüzlə getməz. kimsə kimsəni sağaltmaz. uzaqlarda nə çox adam görürəm. işıqları kim söndürdü? biri bu qara buludları itələsin. eynəyiniz varmı? rənglər qaçıb əlimin altından. barmaqlarım maviyə nə vaxt boyandı? qarşımda duran kimdir? nəfəsini hiss edirəm. uzaqlardan gəlmisənmi? əyləş, dənizə baxaq. necə tapdın məni? yoxsa yolun buralardan keçirdi? nə çox sual var. niyələr, neyçünlər, hardasanlar, necəsənlər. gördüklərimi görürsənmi?
tetaabdulla
@nigarsuleyman qarşındakı duranı da bilirsən. Bəzən qəbul etməyin çətin olduğunu bilirsən. Uzaqlardan gəldim, hardan olsa sənə iki addım uzaqdan. Amma bircə dəfə kin tutubsa, göz yaşı belə təmizləməz.
•
Reply