@keerimovaaaa əlbəttəəə. Mövzusu - Ən yaxın dostu Sərxana qarşı qarşılıqsız hissləri olan Əzizə bir gün bütün cəsarətini toplayaraq ona anonim olaraq yazır, amma heç nə düşündüyü kimi olmur, dostunun özünün də bilmədiyi yanlarını ortaya çıxarır. Bu ərəfələrdə onun qarşısına həm keçmişini xatırladacaq həm də gələcəyə inamını artıracaq biri çıxır - Yunis. Əzizənin unutduğu keçmişini xatırlaması üçün Yunis əlindən gələn hər şeyi edir. Amma onların plana qatmadığı çox şey var.
Digər tərəfdən isə Günay hər zaman dərslərinə ön planda tutan, kitab oxumağı sevən, eyni zamanda idmanla da məşğul olan bir tibb tələbəsidir. Gündəlik həyatında olduqca ciddi, rəsmiyyətini və soyuqqanlılığını qoruyan Günayın yolu bir gün heç nəyi ciddiyə almayan Elvinlə kəsişər. İkilinin ulduzu heç cürə barışmaz və bir araya gəldikləri hər anın sonu dava ilə bitər. Amma Elvin Günayı yaxından tanımağa başlayanda fikrini dəyişər..
Qısa özet bu cürdür əzizim. Hər şey üçün çoxxx təşəkkürlər❤️ vaxt ayırdığın üçün çox sağol