nurnyizm

Amma Nuran yox

bleakisme

Jdfhvjdfvhdhjfv lets see lets see
Ответить

nurnyizm

Amma Nuran yox

bleakisme

Jdfhvjdfvhdhjfv lets see lets see
Ответить

nurnyizm

Böyük məmnuniyyət hissi ilə deyirəm ki, anidən gələn hisslərlə yazdığım "Qoca Uşaq" hekayəsini daha uzun bir halda yazdım. Hekayəm festivalın birinci turunu keçmiş, 2-ci tur üçün eyni adla hekayənin davamı üzərində işləyərək daha möhtəşəm iş yaratdığımı düşünürəm. Bu müddətdə yazdığım, yaratdığım obrazlarla o qədər iç-içə oldum ki, Finalı yazandan sonra yaxşı olmayan hisslərdəyəm. Elə bir hiss ki, ailənizin bir üzvü ilə sona qədər uzaqlaşacaqsınız kimi. Bərabər gülüb, bərabər ağladığım obrazlarımı iyulun 10-u sizlərlə tanış edəcəm. Yaxşı ruh halında olmadığım üçün üz qapağı, ya da kitabın dizaynı üçün heç nə edə bilmədim. Əminəm ki, oxuyanda keçirdiyiniz hisslər onun qapaqsız olduğunu unutduracaq!

nurnyizm

Mənə hərdən gəlir ki, bəzi şeyləri çox böyüdürəm. Amma elə hisslər olur ki, onları qışqırsam da ifadə edə bilməyəcəyimi düşünürəm. Bir aydan çoxdur ki, bitkin ruh halındayam. Tək bir səbəbi varsa, o da haqsızlıqdır. Hər ağrıya, hər acıya dözsəm də, haqsızlığa dözə bilmirəm. Haqsızlığın məndə qoyduğu təsirlərə dözə bilmədiyim halda insanlar necə haqsızlıq edirlər? Bu müddəti bitirdiyim andan etibarən haqsızlığa qarşı çıxmaq üçün susmaq üçün yox, qarşı çıxmaq üçün əlimdən gələni edəcəm. İyrənc maskalara bürünmüş, ən yaxşısı imiş kimi davranan insanları aşkara çıxarmağa çalışacam. Və bundan çox böyük bir həzz alacağam. Timsah gözyaşlarınızdan özümə dərya düzəltdim gəmidə üzüb tətil edəcəm. 

nurnyizm

@LilithZaraVenus Bərabər, Ven! Öz ruhunu itirmiş əbədi cisimlərlə vuruşacağıq!
Ответить

bleakisme

@nurnyizm Bir neçə gün əvvəl tam olaraq bunları sinə dolusu hayqırmaq istəyirdim. Elə bil həmin gün məhz nə olduğunu bilirmişcəsinə yazmısan bunları. Sözümün canı, timsahlarla da, maskalılarla da mübarizəndə sənə qoşuluram. Mən artıq cana doydum saxtakarlıqlardan. Real münasibətlər, real üzlər görmək istəyirəm. Bunun üçün məhz özüm də maksimum real olacağam.
Ответить

nurnyizm

Bir müddətdir nəsə yazmıram. Yaza bilmirəm deyil, yazmıram. Səbəbi nədir bilmirəm. Fiziki və mənəvi yorğunluq həddən artıq baş qaldırıb. Hisslərim çiynimə yük kimidir, amma cümlələrim quştək yüngül. Məni əsla xoşbəxt etməyən bu sistemdə batıram. Ədalətsizlik, haqsızlıq-bunların hamısı məni yorur. Hansı yolla irəliləyəcəm? Suallar beynimi deşir. Yorğunam sadəcə. 

Dei_writer

@nurnyizm sizin üçün təəssüfləndim. Ümid edirəm tezliklə yaxşı olarsınız.
            
Ответить

nurnyizm

@irukin   bu sistemə bələd olanlardan biri olaraq məni ən yaxşı sən anlayarsan, İlkin. Bəzi şeylər mənim üçün dözülməz vəziyyət alıb artıq. Deyəcək söz tapa bilmirəm. Təşəkkürlər,  İlkin!
Ответить

nurnyizm

Bundan əvvəl bir neçə dəfə inşa müsabiqələrində iştirak etmişəm. Lakin haqsızlıqları, bəsit bir müsabiqədə olan rüşvətxorluqları görəndən sonra qərara almışdım ki, bir də iştirak etməyəcəm. Buna baxmayaraq yenə rahat ola bilmədim. Hardasa 2 həftə əvvəl keçirilən müsabiqədə iştirak etməyi qərara aldım. Və bütün hislərimi cümlələrimi səfərbər ettim. Birinci tur üçün yetəri qədər yaxşı inşa ortaya çıxartdım. Lakin bir neçə gün sonra təsadüfən müsabiqəni təşkil edən müəllimlə görüşdük nəticələrin nə yerdə olduğunu sual ettim. Dedi ki: "birinci yerin qalibi məlumdur. İstəsən ikinci və üçüncü yerə kimlərin seçildiyini maraqlanaram." Əlbəttə, bununla razı olmadım. Çünki cümlələrimdən və hislərimdən əmin idim. Bir neçə gün sonra isə bu müsabiqədə də haqsızlığın olduğunu öyrəndim. Əvvəllər olsa bunu öyrənəndə acıqlanar, əsəbiləşər, üstünə düşüb birinci yerin inşasına qədər tapıb çıxardardım. Amma məni narahat edən mövzu odur ki, artıq haqsızlığa məruz qalanda səsimi çıxartmıram. Səssizcə bir qıraqda dayanıb qismətimə razı oluram. Bu məni həddən çox narahat edir. Haqsızlığa içimdə bir yerlərdə acıqlanmalı, bununla kifayətlənməməli idim. Görünən odu ki, mərdi döyə-döyə namərd ediblər. 

bleakisme

@nurnyizm  Dörd gözlə gözləyirəm inşanı, Nur. İndidən əllərinə sağlıq✨
Ответить

nurnyizm

Deməyim odur ki, həmin inşa səhifəmdə  paylaşılacaq. 
Ответить

nurnyizm

Daha KBU kimi hisslərimə tərcüməçi olan çox cümlələrim var. Ancaq cümlələrimi dəyərsizləşdirən xəyallarım da var. Bir müddətlik hisslərimi qapalı bir qutuda saxlayacam. Məsuliyyəti iliklərimə qədər yaşadığım bu müddətdə Çərkəzqızıyla Aminəylə və hələ tanımadığınız qəhrəmanlarımla sağ ollaşmalı oluram. Evimdəymişəm kimi hiss etdirən 'Buzdan Qala'nı tərk edirəm və bu müddətdə özümü evsiz bir qızcığaz kimi hiss edəcəm. Qarşınıza məqsədi üçün uğurlar əldə etmiş Nuran kimi çıxana qədər qəhrəmanlarım sizlərə əmanətdir☆