Lili tərk edilmiş yetim idi, onu mən yaratdım. Kimsəsiz olmasına heyran oldum, əzablarla boyadım hər anını, sevgi hissini belə əzaba çevirdim, o mənim eynim idi məndən fərqli formada eyni əzablara düçar olaraq. Yaşananlar eyniləşir, hekyələrimiz bir-birinə dolaşaraq irəliləyirdi. Amma zamanla sehr itdi, o mənə qarşı daha güclü oldu, xoşbəxt olmaq üçün gülümsədi və mən çarəsiz kimi hekayənin sonluğunu gözəl yazmağa başladım. Lili gülümsəməyi öyrəndi, intihar cəhtlərindən əl çəkib xoşbəxt olmaq istədi...
Və mən, onun əksinə onun taleyini də yaşamağı seçdim. Bu ağır idi, bu ağrılı idi, bu əzab verirdi, nəfəs almaq və ağlamaq arasında sıxışıb qalmış idim. İtirirdim hər şeyi, dəyərlərimi, sabahımı və sadəcə, izləyirdim. Öldüyümü hiss edirdim və yaşamaq üçün heç nə edə bilmirdim. Addımlarım uçuruma aparırdı və Lilinin əlindən tutan insanın əksinə yalnızlığım daha da ağır idi mənə...
Artıq ortaq yanımız bir tək sevgimiz idi, Lili də mən kimi gözəl sevmiş idi və həyat pərən-pərən etdi bu hissləri. Beləcə, Lili mənim xoşbəxt yanım olaraq qalmağı seçdi...
Bu son çırpınışlardı halbuki, bilmirdi, mən olmadan o da mövcud ola bilməzdi ki! Onu yaradan mən idim necə olsa...
☆
°•°