var idin ki, yox olmağınla sınayasan məni?
saatları saatlarla ötürən mən idim tək başıma
sən ki, heç vaxt anlamadın sənə verdiyim ürəyi
getməyinlə yox olacağammı sandın?
köksümü ötürdüyün,
udquna bilmədiyim sözlər yığını,
deşti keçdi boğazımı.
səni də boğdum həmin boğazda
getməyinlə nəfəssiz qalacağımmı sandın?