Səni heç vaxt görməmişəm,
ama səsini tanıyıram
yazdıqlarının arasından
ürəyin danışır
Barmaqlarım ekrana toxunur,
sanki əllərinə
“Gecən xeyrə” deyirsən,
mən gecəni səninlə yatıram
Biz görüşməmişik,
ama susmağı öyrənmişik
Adını ucadan demirəm,
telefonum pıçıldayır onu mənə
Səni sevmək gizlidir,
mesajların arasında gizlənir
Heç kim bilmir,
ama hər bildirişdə ürəyim titrəyir
Bəlkə heç vaxt qucaqlaşmarıq,
bəlkə də bu sevgi
yalnız mavi işıqda yaşayacaq
Amma bil
səni sevmək üçün
toxunmaq şərt deyilmiş…