sefer_xidir

Ağlasan göz yaşın söndürməz daha. 
          	Qəlbində odlanmış eşqi, atəşi. 
          	Hardasa bir qadın ağlayır indi, 
          	Qəlbində bir küncdə insafsız kişi. 
          	
          	Ağlasan nə fayda, göz yaşlarına
          	İnanıb qayıtmaz səadət daha. 
          	Ağla ürəyini boşalt desələr
          	Ürəyin doludu məhəbbət baha
          	
          	Nədir ürəyindən gözünə düşən? 
          	Kimdir ürəyində göz yaşı olub? 
          	Hardasa bir qadın ağlayır indi, 
          	Ürəyi eşqinə baş daşı olub. 
          	
          	Ağlama, ağlama sən Allah dayan. 
          	Sənin göz yaşını silə bilmərəm. 
          	Qəlbində mənəmsə qoy çıxıb gedim. 
          	Sənə ürəyimi verə bilmərəm. 
          	

sefer_xidir

Ağlasan göz yaşın söndürməz daha. 
          Qəlbində odlanmış eşqi, atəşi. 
          Hardasa bir qadın ağlayır indi, 
          Qəlbində bir küncdə insafsız kişi. 
          
          Ağlasan nə fayda, göz yaşlarına
          İnanıb qayıtmaz səadət daha. 
          Ağla ürəyini boşalt desələr
          Ürəyin doludu məhəbbət baha
          
          Nədir ürəyindən gözünə düşən? 
          Kimdir ürəyində göz yaşı olub? 
          Hardasa bir qadın ağlayır indi, 
          Ürəyi eşqinə baş daşı olub. 
          
          Ağlama, ağlama sən Allah dayan. 
          Sənin göz yaşını silə bilmərəm. 
          Qəlbində mənəmsə qoy çıxıb gedim. 
          Sənə ürəyimi verə bilmərəm. 
          

sefer_xidir

Sən elə bilirsən gedən qatara hər vaxt gecikənlər yüyürər ancaq? 

sefer_xidir

@Kerimli_ burda vergülün qoyulması başqa bir məna vermir axı. "Sən elə bilirsən gedən qatara, hər vaxt gecikənlər yüyürər ancaq?" İkisində də vağzalda qatarın arxasınca sadəcə gecikənlərin deyil kimisə yola salanların da yüyürdüyünü deyir (son nümunəni çoxaltmaq da oIar.)
Contestar

baki2015

@sefer_xidir duz yazmiyib :))))vergul qoymuyubda 0.0
Contestar

sefer_xidir

@Kerimli_ Vahid Əzizindi deyir ki. 
            Sən elə bilərsən çisginə qara 
            Ən uca zirvələrə bürünər ancaq 
            Sən elə bilərsən gedən qatara 
            Hər vaxt gecikənlər yüyürər ancaq.
Contestar

sefer_xidir

26 ya keçdik. Qocaldıqmı? Təbii ki, yox. Keçən ildən qocalmışdıq artıq. 

sefer_xidir

@RQ_512 Təşəkkürlər. Yox niyə ki, yaxşı tərəfdən baxaq pensiya almaq üçün elə də çox ilimiz qalmayıb. Uzağı bundan bir az çox yaşamaq lazımdır. :) 
Contestar

sefer_xidir

Hərdən xəyalına bir, yol gedirəm
          Xəyalın sirdaşım olubdu mənim. 
          Bu dolanbac yollar, bu əyri yollar 
          İndi yol yoldaşım olubdu mənim. 
          
          Gedirəm arxama belə baxmadan, 
          Ardımda kədərdən izlər qoyuram. 
          Xəyalın arabir düşür gözümdən. 
          Hərdən bir ölümtək səndən soyyuram
          
          Amma, ölümə çox yaxınam indi, 
          Uzaqdan baxanda ölüm görünür
          Mənə maraqlıdır, görən mənim də,
          Qəlbində bir küncdə yerin görünür? 
          
          (Bir vaxtlar şeir yazan sonra indi tərgitməyə çalışdığı siqaret kimi şeir yazmağı da atan birindən.)