Zəhmət olmasa, mənim hekayələrimi oğurlayıb öz adınızla paylaşmayın. Birincisi, bu sizi olduqca cılız bir şəxsiyyət edər və başqasının pulunu, malını oğurlamaq olar, lakin, bacarığını yox. İkincisi, bir çox hekayəm dəfələrlə adlı və ya adsız internetdə paylaşılıb. Google əmiyə kiçik bir ziyarət kifayət edir ki, müəlifin mən olduğu anlaşılsın. Yəni, özünüzü gülünc vəziyyətinə salarsız. Sonda isə, kifayət qədər yaxşı dostlarım var və onlar hər dəfə belə hallarla rastlaşdıqda mənə xəbər verirlər. Yəni, oğurluğunuz əsla məndən gizli qalmaz. Bu arada, mənə xəbər verən dostlarıma buradan təşəkkürlər
Qeyd: ola bilər ki, hekayələrim və ya onlardaki bir fraza xoşunuza gəlsin. Onda, mənim icazəmlə və təbii ki, müəllifi qeyd edərək paylaşmaq da heç bir problem yoxdur. Bir neçə sosial şəbəkədə (facebook, twitter, instagram və ask.fm) elə Cəmilə Məmmədli olaraq varam. Yəni, məni tapıb icazə istəmək əsla çətin bir iş deyil.