erebuslord

Əllərini üzümdə gəzdir,
          Sil alnımdan yorğunluğu,
          Gözlərimin altından
          Yaşamaq qorxusunu al,
          Avuclarından çıxmış bir heykəl olsun başım.
          Sonra sən də gözlərini bağla,
          Burax, əllərin səssizcə düşünsün
          Düşüncəndə yaşamaq istərəm mən sənin;
          Bir gün ən yalnız saatında
          Barmaq uclarından
          Və ovuclarından
          Gəlib danışaram səninlə.