Mən səndən istədim açıq bir alın,
          Sən mənə bəxş etdin əzəmət,vüqar.
          Məndə başı açıq,ayağı yalın,
          Yolunda can qoysam, inan az olar
          
          Bəlkə buna görə əzəmətlisən,
          Nəyin var vermisən əsirgəmədən.
          Sən bir ana kimi səxavətlisən,
          Anam Azərbaycan,Vətən,can vətən.
          
          Əliağa Kürçaylı