yuxudan uşaqlıq xatirələrim ilə oyandım.
anam məni sinəmdən vurub kənara itələyirdi, "nifrət eləyirəm sənə" deyib. o ağrını hiss elədim, bir də gözümü açdım ki ağlayıram. sən demə yuxu imiş. key kimi qaldım ortada, ora bura baxdım, sığınacaq birini axtardım.
yox idi. heç kim. o qədər boş hiss elədim ki, ifadə edə bilmərəm. bir yerim həmişə yarımçıq qalmış kimi. ağlamadım yenə də, sadəcə əvvəli yaşları silib ayağa durdum.
səhər tezdəndən evdə üstümə düşən bir ağırlıq var. elə tək düşündüyüm universitetə tez girib iş tapmaqdır, bilmirəm girə bilməsəm nə olacaq. böyük ehtimal çöküş erama geri dönəcəyəm, əllərim yanıq və kəsiklərlə dolu olacaq. mən buna layiqəm.
atama o qədər nifrət edirəm ki. iyrənc adam. nifrət edirəm. hər şeyimlə, bütün varlığımla ona nifrət edirəm. ona oxşadığım üçün özümə də nifrət edirəm.
anam qardaşımla dava edirdi. birdən yenə o kəlimə çıxdı ağzından. hamımıza qarşı dedi həyatımda elədiyim ən böyük səhvlərsiniz.
oysakı tək istədiyim bir az sənin tərəfindən sevilmək idi, ana. o qədər çalışdım, hələ də dəyərim yoxdur?