svkthcyv

Mən toxunmağı bilmədim,
          	çünki sarılmaq öyrədilmədi.
          	Mən sevməyi bilmədim,
          	çünki sevgi heç vaxt göstərilmədi.
          	
          	Səssizliyə alışdım,
          	çünki danışan olmadı.
          	Gözlərim dolu qaldı,
          	çünki “keçər” deyən tapılmadı.
          	
          	Ürəyimi gizlətməyi öyrəndim,
          	onu qorumaq sandım.
          	Amma bilmədim ki,
          	belə-belə daşlaşdım. 
          	
          	Mən yarım sevdim,
          	çünki tam sevmək təhlükəli idi.
          	Bu evdə sevənlər
          	həmişə susmalı idi.
          	

svkthcyv

Mən toxunmağı bilmədim,
          çünki sarılmaq öyrədilmədi.
          Mən sevməyi bilmədim,
          çünki sevgi heç vaxt göstərilmədi.
          
          Səssizliyə alışdım,
          çünki danışan olmadı.
          Gözlərim dolu qaldı,
          çünki “keçər” deyən tapılmadı.
          
          Ürəyimi gizlətməyi öyrəndim,
          onu qorumaq sandım.
          Amma bilmədim ki,
          belə-belə daşlaşdım. 
          
          Mən yarım sevdim,
          çünki tam sevmək təhlükəli idi.
          Bu evdə sevənlər
          həmişə susmalı idi.
          

svkthcyv

Mən ilk dəfə xəyallarımı 7-ci sinifdə paylaşdım. O gün mənim üçün son oldu. Ondan sonra heç bir xəyalımı ailəmlə bölüşmədim. Bir dəfə bacım atama xəyallarından danışanda, atamın ona verdiyi reaksiyalar, gülümsəməsi və dediyi sözlər ürəyimi elə ağrıtdı ki… O gündən sonra bir daha heç vaxt xəyal qurmadım.

svkthcyv

Çünki xəyal quranda gələcək tepkiləridə bərabərində fikirləşib o xəyalı birdə qurmurdum.
Reply

svkthcyv

O benim dünyam, sebebim, yolum,
          Karanlık gecemde yanan tek mumum.
          Kalbim yorulsa da adını bilir,
          Sessizliğimi sadece o dindirir
          
          Her şey dağılır, o dimdik durur,
          Fırtına geçer, izini savurur.
          Herkes vazgeçer, o kalır bende,
          Kalbimde bir canlı gibi nefes alır durur

svkthcyv

Sevgim ikimizə bəs idi, qismət,
          Qisməti də görüm, nə edim mən?
          Ürəyim səni seçmişdi kor-koranə,
          Ağlım susdu, dinmədi yenə.
          
          Dedilər “keçər”, zaman sağaldar,
          Zaman sadəcə səni gizlətdi.
          Qismət adını verdilər ayrılığa,
          Günahımı boynuma yüklətdi.
          
          Əgər bu sevgi yükdürsə mənə,
          Daşıyaram, qoy əysin belimi.
          Sevgim ikimizə bəs idi axı,
          Bəs niyə qismət sevmədi məni?

svkthcyv

Sükutun içində adını andım,
          Gecələr şahid ,mən yenə yandım.
          Bir baxışın vardı, ömrümə yetən,
          Sevgim ikimizə bəs idi, qismət
          
          Ürəyimdə səsin yarımçıq dua,
          Dilimdə sevgi ,cavabsız sual.
          Gülüşün uzaq, gözlərin yad,
          Bu ayrılıq məni içimdən yıxa.
          
          Bir addım atdın, dünya dəyişdi,
          Ümidlər susdu, vaxt tələsmədi.
          Səni unutmaq asan deyil ki,
          Bir sevgi bitdisə, can niyə bitdi?
          
          Gecə uzandıqca ağrım danışar,
          Sözlər boğular, gözlər dolaşar.
          Əgər bu hisslər günahdırsa belə,
          Cəzası mənədir ,sənə deyil, yenə.
          

svkthcyv

Mən səninlə yarışmaram, boşuna deyil bu söz,
          Sən sevgi ilə böyüdün, mən ağrı ilə düz.
          Sənin atan “ağlama, qızım” deyə səni saxladı,
          Mənim atam göz yaşımı cəhənnəmə yolladı.
          Aramızdakı fərq dərin, sadə bir şey deyil,
          Bu fərq səsdə yox, içimdə gizlənir, bil.