Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm.
Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm.
Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm.
Mən dünənəm, mən bugünəm, gələcəyəm, yerəm-göyəm.
Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm. Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı.
Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!
Bu gün 20 sentyabr-dı tam suverenlik qazandığımız o tarix,tam bir il əvvəl 80-dən çox oğul itirdiyimiz,şəhid verdiyimiz o tarix. Qürur və fəxrlə deyirəm. Həm də kədərlə...