Salam! Uzun zamandan sonra oxucularıma bir mesaj yazmaq istədim. Bildiyiniz kimi məndə " Yerdəki ulduzlar" yarım qalmaqdadır. Demişdim ki, qəbuldan, ya da məktəb bitəndən sonra davam edəcəm. Düzdür, 1ci qəbul da bitib(əslində, bu, planımda yox idi :D) Amma di gəl ki, hekayəyə davam etməyə cəhd etməmişəm, soyumuşam sanki. Fikrimdə onu yayımdan çıxarıb yenidən yazmaq fikri vardı(bölümün bəzi hissələri məni qane etmir), ya da elə harda qalmışamsa,ordan. Dəqiq bilmirəm, əslində. Hələlik qısa hekayə və "Qaraya bulaşmışlar"a şeir, esse yazmaqla kifayətlənirəm. "Yerdəki ulduzlar"a hələ hazır deyiləm. Bütün gözləyənlərdən(əgər vardısa :D) üzr istəyirəm :/ #themoonandsky