Salam canlarım, yeni durum güncəlləməsi. 1 aya yaxınlamış olar son dəfədən bu yana hə? Əslində bir gelişme yoxdu, ürəyimə düşdü dedim yazım aradan çıxsın. Yorğunam bu sıralar. Kursum başlıyıb, uni də var + üstünə üstlük xalam gəlib. Qadın imkan vermir ebdə oturum, ay xanım 4cü kursam mən imtahan ilimdi. Nəysə. Kaş kimsə olardı danışdığım, necə heçkim olmaz da yəni? Dəyişiklik istiyirəm, fərqlilik istiyirəm. Məni düşünsünlər, qayğıma qalsınlar istiyirəm. Evdəki söhbətləri, mentalımı bilirsiz onsuz vəziyyət yaxşı deyil. Birisinə ehtiyacım var, içimdəki boşluğu dolduracaq birisinə, özümü dəyərli hiss etdirəcək birisinə. Oğlanlar hamısı eyni şeydi və eyni şeyi düşünür, heçkim həqiqətən sevmir. Bilmirəm, danışanda sıxılıram. Birisinə cavab verməli olma məsuluyyəti məni diskomfort hiss etdirir və ordan uzaqlaşıram. Hər şeyin kökü də yenə gəlir ailə təsirinə, böyüdülmə tərzinə gəlir dayanır. Belə hislər keçirməyimin günahkarı mən deyiləm bilirəm, amma bilmək də bir şeyləri həll etmir. Kaş boyu, yaşı məndən böyük, əli üzü düzgün, həqiqətən dəyər verən, tanımaq istəyən və sevməyi bacaran birisi ilə qarşılaşaram. Bir gün fərqli insanı tapmaq istiyirəm, yollarımızın kəsişəcəyi elə bir insan olacaq görəsən? Nəysə səhər kursa görə 5də oyanmışdım, 3 saat sonsa 24cü öyaq saatımı tamamlayacam amma yaralıyam. Onçün hamı və hər şey vəzqırtsın. Bye bye öpürəm sizi.