useerkerimli

Dostlar çox pisəm, 2 gün sonra semestr imtahanlarım başlıyır və mən 50 sualdan sadəcə 12 dənəsini öyrənmişəm (öyrınməyim də şübhəlidi) İMDAT

useerkerimli

Sonra mamamın xəstəliyini öyrəndim,  min hissəyə parçalandım. Hələ tez idi axı, bu yaşımda bunlarla üzləşə bilməzdim. Uğruna yaşamağı seçdiyim mamam.. bu cəhənnəmlə başa çıxıb bu yaşlarıma gəlmə səbəbim.. nəysə. Uzun sözün qısası, dəstəyə ehtiyacım var idi. Bu situasiyanı yaşamış birindən nə etməli olduğumu öyrənməli idim və qarşımda da tək seçim var idi. O anki yıxılmışlıqla ona yazdım, nəysə xülasəsi danışdıq. Ancaq bunun davam edəcək bir söhbət olmadığını bilirdim, zatən ona qarşı bir gözləntim yox idi artıq. Biraz danışandan sonra bu haqda son sözlərimi dedim, ürəyimdə beynimdə qalan hər şeyi dedim. Hər şeyi rahatlıqla bitirdim, sonunda. Nəticə olaraq onla olan bütün ünsiyyətimi sonlandırdım. Qardaşım 2ci səfər öldü. Bütün hərşey bitti.

useerkerimli

Deməli dostlar, uzun zaman sonra yenə qarşınızdayam. Durum güncəlləməsi!!!!! 
           Günlüyümüzdə axırıncı hansı hadisədə qalmışdıq? Aha sizə Ozandan danışırdım.
            Deməli bu mənə yazmışdı axırıncı dəfə, özəlinə (şübhəli) hörmətim olduğu üçün mənə dediklərini demiyəcəm. Ancaq danışdığları elə şeylər idiki ona deyə biləcəyim bir şey yox idi və ona dəstək çıxmalı olduğum bir mövzu idi açığı. Bu qədər ilin və mənə çıxdığı dəstəyin xətrinə, hərşey bir kənara mənim xasiyyətimnən irəli ona arxamı dönüb gedə bilməzdim. Bir neçə həftə danışdıq amma yaxşı deyildi, sonra bir gün danışanda artıq yaxşı olduğunu və hər şeyin əvvəlki kimi olacağını dedi. Buna da yaxşı dedim, əvvəlki kimi danışırdı. Səhəri günü yenə bakıya qayıtmalı idim, yazmamışdı hələdə. Yazdım özünə, cavab gəlmədi. Yenə də anladım eyni şeyləri edəcəyini, bir dəfə edən yenə edər. Günlər keçdi hələdə cavab yox idi.

useerkerimli

Mən yatandan sonra yazıbmış. Nə yaşıyır bilmirəm. Danışmır, danışmıyacağ da. Karma yaşıyıram dostlar, Aysuya elədiyim qarşıma çıxır. Düzdü mən məcburiyyətdən eləmişdim amma bu nəticəni, o qıza yaşatdıqlarımı dəyişmir. Karma yaşadığımı bildiyim üçün də pis olmuram, üstəlik ona nə yaxşı gələcəksə onu eləməlidi. Məni həyatından çıxarmaq ona xeyir gətirəcəksə mən bencillik eliyib yox mən həyatında qalmalıyam deyəsi deyiləm. Hisslərim heç vaxt yanılmır, yuxularım da. Nəysə olan oldu keçən keçdi, mən öyrəşmişəm. Məni həyatını qazanmaq üçün silməsə belə ona əsəbi deyiləm və bağışlıyıram. Çünki öz qərarıdı, məni hətatında istəmirsə heç nəyi zorlaya bilmərəm. Onun həyatı, onun seçimləri. Yoluma baxa bilməm üçün keçmişimə süngər çəkməliyəm. Köhnəni unutmadan yeni səhifə açmaq olmur, keçmişimlə əvvəl axır barışmalıyam. Qaçmaq heç nəyi dəyişdirmir. Əksinə üzləşmək yaxşı hiss etdirdi, ən azından düzgün şəkildə vidalaşmaq yarım qalmışlıq hissini aradan götürdü.