Keçmişim ayağıma dolaşıb,
Mən uçuram bu yüklə birgə səmaya
İçmişəm həyat dolu bir qədəh ki,
Dünya bənzəsin bir saraya
Buludlar yatağım, ulduzlar qonağım
Gedirəm kainatla yuxuya
Ancaq ruhumun əkizləri duya
Nəqarəti mənlə birgə oxuya
Ağ təyyarə mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm
Mən xəyallarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Ağ təyyarə mən uçmuşam
Dönə bilmirəm, dönə bilmirəm
Mən dumanlarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Özümü tərk edib özümü dərk edirəm✈️