ferid006

Bir İlimiz, Bir Ömrümüz..
          Düz bir il ötüşdü o gündən bəri
          Sən mənim dünyama gəldiyin andan bəri
          Dəyişdi ömrümün rəngi naxışı
          
          Sən mənə bir ömür bəxş etdin ondan
          Birlikdə ağladıq birlikdə güldük
          Hər çətin anı da sevgiylə böldük
          Bir ilə sığışan bu böyük eşqi
          
          Biz bütöv bir ömrün bəxti tək bildik
          Nə yaxşı həyatda qarşıma çıxdın
          Nə yaxşı qəlbimin tək sahibi sən
          Arzumdur yüz belə illər ötüşsün
          Mənim bu dünyada tək varım sənsən..
          
          Buda Adi Şeir
          
          Mən səni bəzəkli sözlərlə deyil
          Hər sabah oyandığım ilk fikirlə sevirəm.
          Gözlərinin içinə baxanda sussa da dilim
          İçimdə qopan o fırtınanı bir mən bilirəm.
          
          Sən mənim dağınıq dünyamın ən gözəl nizamı
          Ən çətin anımda ruhuma toxunan hüzursan.
          Səninlə tapdım mən itən o adamı
          Sən mənə bu həyatda ən doğma uğursan.
          
          Harda olursan ol hansı uzaqda
          Bu ürək hər döyüntüdə adını pıçıldayır.
          Nə nağıldır nə də uydurma
          Sən mənim gerçəyim bu can sənə bağlıdır.
          

xdc137

@ ferid006  çox sag oll çox qesengdii 
Reply