Mən öz səhvlərimə görə yalnızlığa layiqəm bəlkə, amma həmişə səni hər zaman yanımda görəcəm, Sən mənim üçün hər saniyə, hər dəqiqə, hər an yanımda olacaqsan. Sevgi indiki dövrümüzdə çox iyrəncləşmiş bir hal alıb, Amma mən səni bilib və bilməkda olduğum ən temiz duyğularla sevdim. Umidim Allahdan gəlir, Sonsuzadək var. Əyar birgün yadına düşsəm, Bil ki qoyduğun yerdəyəm. Səni hər zaman qəlbimdə yaşadacam. Səni bilmirəm, amma arxada qoyub getdiyimiz gözəl va mənalı hisslər mənim üçun gözəl və çox xüsusi idi. Ola bilsin ki, qısa müddət ərzində yalnız sən və mən olduq. Har yaxşı şey kimi, məndə sona çatdım. Əslində, mənim üçün xüsusi biriydin, hər dəfə adını eşidəndə üzümdə həfif təbəssüm yaranırdı. Mən hələ də bu hissi necə izah edəcəyimi bilmirəm. Düşünürəm ki, sevgi izah edilə bilən bir şey olsaydı, qırıq ürəklər olmazdı, sevgi hər qapını açan yeganə açar olardı.. "Niyə belə olduq?" əslində, bir az sən günahkarsan, bəlkə də həmişəki kimi mənəm... Bütün qəlbimlə inadkar ola bilmədim... Har kəsin sözü mənə keçdi mənim sözüm heç vaxt urəyimə keçmədi mən səni sevən ürəyimə uduzdum.