Gecə vaxtlari. Saat 03:45
Məlum olmayan koordinat.
Hər tərəfi qalın qarla örtülü hündür dağda gözün görmədiyi bir vaxtda yürüyən bir nəfər peyda oldu. Gecenin bir vaxtı bu dağlarda bu çovğun da bir inc-cins tapılmırdı. Qardan seçilməyən ağ rəngli paltarlı adam çox keçmədən yoxa çıxdı. Ardınca 20-25 nəfər adam göründü. Öndən itirdikləri adamı tutmaq üçün ayaq altındaki qarla sanki əlbəyaxaya girişmişdilər. Addım atmaq çox çətin idi. Bir anlıq Ay qara buludların arasından çıxıb hər tərəfi aydınlığa qərq etdi. Ovunu tutmaq istəyənlər bir ümid adamı görərlər deyə dayanıb ətrafı diqqətlicə süzməyə başladılar amma ay işığı anlıq olaraq yoxa çıxdı və yenidən buludların arxasında gizləndi. Əllərindəki fənər isə bir işə yaramirdi. Bu işıqda ancaq özlərinin təngənəfəs çıxan nəfəs buxarlarini görürdülər. Mühafizə postundan uzaqlaşdıqca sanki hava getdikcə soyuyurdu. Artıq nəfəs tükənməyə başladı, adamı axtaran əsgərlərin komandiri dayanıb əyilərək hər iki əlini dizlərine söykədi və dərindən nəfəs almaq üçün can atdı. Amma bıçaq kimi kəsən soyuq hava adamın ciyərini kəsməyə yetirdi ona görə bədbəxt adam bunu anlayana kimi öskürəkdə boğulmağa başladı. Güclə özünə gəlib ətrafındakılara baxdı əsgərlərinin də ondan fərqi yox idi. Dikəlib belini düzəltdi və boğazındakı şərfi ağzına tutub nəfəsini normala saldı. Ürək döyüntüləri sanki boğazında atırdı. Əsgərlərinə rusca bağırdı: Nə dayanmisiz tapın o adamı! Əsgərlər əmri ikilətmeden hərəkətə keçdilər. Ama tik-tak səsləri eşidilməyə başladı. Beş əsgər yerə yıxıldı. Panikaya düşən qalan əsgərlər nə olduğunu anlamadan daha üçü yıxıldı. Bir rusca " baassqîn" qışqırmaq istəyəndə sözü yarımçıq qaldı. Komandirləri isə qorxudan yerə yataraq qarın içinə sığındı. Sığınan kimi yanındakı əsgərinin beyninin patlama səsi gəldi. Əsgər taxta kimi kürəyi üstə yerə dəydi. Qalanları isə qorxudan qışqırmağa hara gəldi atəş açmağa başladılar. 30 saniyə içində qışqıranların səsi kəsildi. Qara sığınan komandirləri isə qorxudan şalvarını batiracaqdi. Başını yan dönüb baxmaq istəyəndə bədbəxt əsgərinin yerə düşən fənərin işığında başsız bədənini gördü ürəyi daha da sürətli döyünməyə başladı və nə olduğunu anlamadan gözləri qaraldı.
Qarşı tərəf atəşin kəsildiyini eşidən kimi yavas yavaş yerlərindən çıxmağa başladılar. Bayaq onu qovanların qabağında qaçan Bahadır dilləndi. Paşa neçəsini saldın.
"Beşininı"
"Məndə dörd" deyə Bahadur da bezgin ifadə ilə cavabladı. Mərcdə qazanmaq heç ona görə deyildi. Çünki heç şansı gətirmirdi.
Anında Bahadirin qulağında rabitə xışıltısindan sonra "mən dörd ", "məndə dörd".
"Bu dəfədə qonaqlıq səndən Bahadır bəy" deyə Bahadırın heç xoşuna gəlməyən arsız gülüşünü göstərdi. Hirslənən Bahadır "dönuşdə göstərəcəm sənə arsiz-arsiz gülməyi" deyə başını təhdidkar şekilde aşağı yuxari yelləməyə başladı. Onun bu cür hirslənməyinə əhəmiyyət verməyən Paşa "Komutanım siz? " deyə soruşdu. Yanında yürüyən Bahadırdan anında başına şapalaq yedi. "Ala komandirlə məzələnməyə utanmırsan?" deyə Bahadur onu tənbihlədi.
"Allah eləməsin nə həddimə ki məzələnim, sadəcə təlimdən təzə gəlmişəm dilim türklərə öyrəşib deyə belə dedim" deyə Paşa özünü müdafiə etmək istədi. Gecikməyən cavab Turandan gəldi."Sən Türk deyilsən?" Paşa cavab vermək istəyirdi ki, rabitə qulaqcığından Alituranin "DUR" səsi gəldi. Hər kəs verilən əmrlə bir diz üstə yerə çökdülər. Rabitədən Alituranin " Bahadır neçə nəfər idi ardınca gələn?"
"25 nəfər komandir nolubki?"
Alituran rabitə düyməsinə basaraq;
"Saldığınız adam sayı nə qədər??"
Paşa; beş
Bahadır; dörd
Murad; dörd
Şahin; dörd deyə cavab gəldi.
Alituran "Məndə altı" deyən kimi ardınca " termal gözlüklər, Şahin yaxşı bax ikisinin sağ olma ehtimalı var. Verilən əmrlə döyüş papağı üstüne quraşdırılan gece görmə cihazlarini gözlerinə endirib ətrafı müşahidə etməyə başladılar. Çox keçmədi ki, rabitədən Şahinin səsi eşidildi. "Komandir saat bir yönündə sizdən 150 metr aralıda qaya daşının yanında qarın içində hərəkət var, deyəsən yaralıdır qaçmaq üçün sürünür, digəri isə görsənmir.
Alituran rabitə düymesine basıb "Şahin yerindən ayrılma, diqqətlicə müşahidə elə, o bir adamda tap ve endir başa düşdün?"
Şahin :"Oldu komandir" deyərək ölülərin ətraf ərazisini müşahidə etməyə basladi.
Bahadır, Paşa siz sağ tərəfdən, mən Muradla soldan hərəkətə keçirik. Diqqətli olun tələ ola bilər, kontrol atışından əmin olun. Hamısı birlikdə "oldu komandir" deyərək hərəkətə keçdilər.
Alituran Şahinin dediyi yerə irəliləyərək sürünən əsgəri gördü. Yaralı idi, sol ayaq baldırı parçalanmış qan sürətlə itirirdi.
Alituran kontrol atışını vuraraq digərini axtarmağa başladı.
Rabitədən Muradın səsi eşidildi. "Komandir buna baxmaq lazımdır, meyidlərin ortasında!"
Alituran geriyə dönərək sürətlə deyilen yerə gəldi. Nə olub deyə Murada baxdı.
Murad "meyidlər hamısı burdadı ama bu leşdə güllə yarası yoxdur həmdə nəbzi atmır, komandirləri budur deyəsən"
Alituran " kontrol atışı bitdimi" deyə soruşdu.
Bahadır " bircə bu leşdən başqa" cavabını verdi. Alituran infarkt keçirmiş bədbəxtin başından güllələyərək qrupa "tez olun meşəyə enirik" əmrini verdi.
Ay isə özünü göstərərək ətrafı boğuq isıqlığa qərq etmişdi. Çovğun dağdakinə nisbətən meşədə zəif əsirdi. Mart bayramından sonra ayılan meşə yeniden qar çovğununa əsir olmuşdu. Cücərən her şeyi don vurmuşdu amma hələ dirənən ve yaşıllığın qoruyan bitkilərdə var idi.
40 dəqiqədən sonra meşəyə enərkən Alituranın uzaq mesafədə ani olaraq gözüne görünən qaraltı ilə dur əmrini verdi.
"Şahin saat 11 yönünə , Turan termal durbin" deyə əmrini qısa verən Turandan durbini alaraq müşahidəyə başladı.
Rabitədən Şahin "komandir saat 12 yönündə qarda izler görsənir, 200 metr mesafədə. Birdə" deyərək sözünü yarımçıq saxladı.
"Birdə sınmış budaq var" deyərək Alituran Şahinin cümləsini tamamladı.
Şahin "doğrudur, çovğun olmasına baxmayaraq budağın saldığı izlər təzədir" deyə cavabladı.
Alituran rabitədən " pusu yemə ehtimalımız yüksək təcili yuvaya dönməliyik, ona görə də yolumuzu dəyişib gecənin zülmətində yox oluruq yoxsa bunlar bizi yubadacaq" sözünə davam edərək "önəmli tapşırığımiz var ona görə sübh azanında yuvada olmalıyıq, Murad neytral zonaya girməmiş dəstək qrupla əlaqə yaratki geri dönsünlər, bizi gözləməsinlər. Öncədən təyin olunmuş məntəqədə toplaniriq" deyərək düyməni buraxdı.
Murad "oldu komandir" deyərək cavabladı.
Hərəkətə keçən qrup çox keçmədən qaranlıq zülmətdə yox oldular.
Gecenin qaranlığında otların arasında süzülən başı normadan böyük, beli bükük qaraltılar insanın qanını donduracaq qədər qorxulu görünürdü. Sanki başqa planetdən gələn varlıqlar idi.
Bunlar tam tezcihatli silahlanmış xüsusi təyinatlı qrup idi. Tapşırıqdan qayıdırdılar.
ŞİMDİ OKUDUĞUN
Gecə Rüzgarı
Acción"Bəylər geriyə qayıdın, bu tələdir. Tez ayrıldığımız məkanda toplanın" Qaranlıq gecədə otların arasından süzülən qaraltilar insanın nəfəsini kəsəcək qədər qorxulu görünürdü, sanki başqa dünyadan gələn başı normadan böyük, beli bükülmüş məxluqlar id...