çünki sənin səssizliyin olvi, bu gecə bu zəhrimara qalmış şəhəri susdurdu.
-
-30-a yaxınını yedi, axırda yapon balığını da ağlına qoymuşdu.
olvi; ona görə tək qalıb bu da.))
-təklik ona yaraşır.
olvi; ətrafındakılara zərər verərək özü seçmiş olur təkliyi.
-pirana bundan fağırdır.
olvi; mən sevdim bunu.
•
dərmansız bir yuxu istəyirəm. çünki inan mənə, olmur sevgilim. ciyərlərimə batan ağırlıq, köksümdə nəfəs buraxmır artıq. xəzəri sevirəm bilirsən..orada sənə məktublar yazmağı da. itmək istəyirəm sonsuzluğunda dünyanın. var olmamış, bu "var" sözü yaraşmayan cümlələrimlə arxamda qalacaq hər şeyi yandıraraq itmək.
ətrafımda heç kimi görmək istəmirəm. bəli, heç kimi. itirin, axtarmayın.
amma, yenə də sən gəlsən..nə bilim, qısa saçlarımın bir sığallıq əllərinə ehtiyacı var. nəfəslərim tez-tez kəsilir bu günlərdə. heç özüm də bilmirəm, hansı istiqamətə baxır gözlərim. xəzrini hiss edirəm, qısa saçlarıma vuran küləyi. ağrılarım dərmanlarla örtülmür daha, xəzər lazımdı mənə birdəfəlik. allahdan həmişə, uzun yuxular kimi, qısa olmasını diləmişdim ömrümün. elə bircə nəfəslik. yazdığım yüzlərcə məktubu gözardı edən allahdan, bunu gözləmək axmaqlıqdı, bilirəm. fəqət unudulmaq, alışmaq qədər asan olmamalıydı. tanrı'nın unudulmuş bəndəsi, tanrı'nın olvi'si olmaq, doğulandan bəri gözardı edilmək deməkmiş. xəstəxana otaqlarında boğazıma dolan dərman iyindən boğulub ölmək istəyirdim əvvəllər, amma, xəzərə hər gəlişimdə ata bilmədiyim addımlardan utanıram deyəsən.
"buludlar da torpağa qovuşmaq üçün öz bütövlüklərindən imtina edib, kiçik zərrələrə parçalanır, torpaqla bütünləşirlər." deyirdi deyəsən bir mahnının ən köhnə sətirlərində..inan,o qədər köhnəyəm ki heç harada buraxmışam bu qırışıq əllərimi, özüm də bilmirəm. insan unudulanda, unutmağı da asan olurmuş məgər.
tək istədiyim dərmansız yuxu və bir az nəfəs ala bilmək.
necə hiss etdiyim bir qırağa, necə yaşadığımı, kim olduğumu, hardan gəldiyimi unuduram, sevdiyim. qələmi tutarkən əsən əllərimdən, saçlarımdakı qayçı izlərinə qədər yorğunam. elə bir yerdəyəm ki, boynumdan öpsən belə keçməz. yorma özünü, sən unudulmamısan, yaddaşım da üz döndərib məndən.
doqquz yaşında xəstəxana otağının ağ divarlarına baxarkən anama etdiyim nifrət qədərdi nəfəsim, indi kəsilirəm yarımçıq nəfəslərimdən..anamın dizlərinə başımı yaslayıb gülümsəmək yerinə, tənha otaqlarda yastığın sol tərəfini islatdığım günlərdən bu yana, heç nə dəyişmədi. anam həmişəki doğmadı, mən həmişəki yadam özümə. nə anamın dizləri var yenə..nə də, nəysə. yaraşmır boşluqlara cümlələrim. əyri üyrü kağızlarda qırılan qələmlərim, sözlərim oxunmur daha. fəqət ölüm qədər yaxın olsaydım özümə, tutardım sözümü bilirəm. sən də bil ki, bağışla deməyə üzüm olmasa da xəzərdən çox sevmişdim səni.
düzü bilirəm, yoxluğum kimisə narahat etməz, amma yenə də deyim, soruşan olsa çox ölmüşdü, torpaq üstündə basdırılmaq ağır gəldi deyərsən.
mən adından toplaşıb bir yerə yad edərsiniz köhnə doğmaları, çayınızı da soyutmuyun, mənim həmişə soyuq olmuşdu çünki.
bir iki şəklim qalar bəlkə məndən geriyə, onları da yandırarsınız, ürəklərdə olmayan izim şəkillərdə qalmasın indi..
-
21 fevral 2021, 20 yaşlı gənc qız özünü dənizə ataraq intihar edib. hadisə şahidlərinin dediyinə görə, o bir neçə dəfə dəniz sahilinə yaxınlaşsa da geri çəkilib..fəqət qəfildən özünü dənizə buraxan gənc qıza kömək etmək mümkün olmayıb.
•
əllərindən tuta bilmədiyim üçün, ağrılarını kəsə bilmədiyim, ehtiyacın olanda icazə ver yanında mən olum deyə bilmədiyim üçün məni bağışla, olvi. bizi bağışla. gec qalmışlığımızı bağışla. mən həmişə gec qaldım ölümə, amma, səni itirmək istəməzdim. ruhun bu dünyanın rastlaya biləcəyi ən gözəl ruhlardan biriydi, sən mənim gördüyüm ən güclü qadınlardan biriydin olvi. səsini eşitməyən hər kəs, bir bucağda sənin üçün ağladı dünən. əllərimin titrəməsinə isə aldırma, hər ölümün sonunda üç dəfə də mən ölürəm içimdə. unudulmuşu unutmaq, olvi'ni unutmaq ağırdı. sən ağırsan. əlimdən gəlsə, lütfən geri qayıt..çıx bir yerlərdən deyərdim, amma, tanrının unutduğu insanlar tanrının bu çirkli dünyasında yaşamamalıdı. sən də haqlısan. qısa saçlarından öpürəm, olvi. yuxusuz gözlərindən, ala bilmədiyin nəfəslərdən.. yarımçıqlığını qucaqlayıram soyuq əllərinin. sənə sağ qal deyə bilmədiyim üçün aldığım nəfəsləri bağışla. amma yenə də, gec də olsa..sən sağ qal.
-22.02.2021/11:18.
23.
ŞİMDİ OKUDUĞUN
xəzərin sahilində
Short Storyson. insan öləndə sevdiyinin ruhuna qarışar deyirlər, buna görə mi seçdin xəzəri?