həyat :)

127 8 1
                                    

elə vəziyyət yaranır ki bəzən,etdiyin hər hansıssa səhvə görə hər kəs səni qınayır..hətta ən yaxınların da..və ya hər hansısa bir şey edirsən,bir iş görürsən hərə bir söz deyir,çoxu pisləyir və həvəsini qırmağa çalışır.. düzünü desən, 2 il əvvələ qədər mən o qədər içinə qapanıq,ətrafa önəm verən,bir söz ilə hər şeyi bitirən biri idim ki,hətta həftələrlə "insanlar məni qınayır,mənə nifrət edir" fikri ilə otağımdan çıxmırdım..sonra bir kitabça tapdım və başladım oxumağa. içində kiçik bir hekayə var idi. hekayədə deyilirdi ki,bir gün bir tələbə öz müəllimi ilə halallaşıb sağoolaşmağa gəlir. artıq rəsm çəkməyi öyrənmişdi və peşəkar olaraq öz sənətinə başlamaq istəyirdi. müəllimi haqqını halal etdiyini deyir amma əlavə edir ki,son bir istəyi daha olacaq. tələbə "əlbəttə,buyurun" deyir. müəllimi xahiş edir ki,ən bəyəndiyi rəsm əsərini aparıb şəhərin ən çox insan olan yerlərindən birinə assın. və yanına bir qələm bir də kağız qoyub aşağısına yazsın ki, "rəsmdə xoşunuza gəlməyən hər qüsur üçün bu kağıza bir "x" işarəsi çəkin". tələbə razılaşır və səhəri gün müəlliminin dediyi şeyləri eynilə edir. bir neçə saat sonra nəticəyə baxmaq üçün gələndə görür ki,kağızda x işarəsi o qədər çox yazılıb ki,vərəqdə boş yer qalmayıb. kor peşman qayıdır müəlliminin yanına və deyir ki, "deməli mən heçnə bacarmıram". müəllim gülümsəyir və deyir ki, səhər yeni bir rəsm apar və bu dəfə daha böyük bir kağız və fırça apar,aşağısına da yaz ki, rəsmdə bəyənmədiyiniz yerləri bu kağıza yenidən çəkin. tələbə razılaşır və müəlliminin dediyini edir. bir neçə saat sonra gələndə görür ki,vərəq bomboşdur. sevinərək müəlliminin yanına gəlir və deyir ki, müəllim bacardım,bu dəfə bəyəndilər. müəllim yenə gülür və deyir ki,birinci rəsmin də bunun qədər gözəl idi,sadəcə sən birinci dəfə insanlara danışma haqqı verdin və onların nə qədər qəddarlaşa biləcəyini gördün. ikincidə isə onlara öz bacardıqlarını etsinlər deyə şans verdin və nəticə bucür oldu. insanlar hər zaman danışır. yaxşı və ya pis..sənə qalan isə sözlərə yox edilən işlərə baxmaqdır.. bax bu mənim həyat fəlsəfəmdir,dostlar. və inanın mənə,bu hekayə mənim bütün həyatımı,dünyaya baxışımı və özümə olan hörmətimi tamam dəyişmişdi :)

həyat :)Where stories live. Discover now