Ruh əkizi

10 1 1
                                    

İnsanlar dünyaya cüt gəlir. Ayrı fərd, ayrı cisim, ayrı ruh şəklində. Və bu insanlar bəzən eyni məkanda, eyni saat bucağı altında və eyni cəmiyyətdə dünyaya gəlmir. Amma bəzən də tam əksi, eyni cəmiyyətdə də dünyaya gələ bilirlər, amma fərqli dünyalar arasında. Allah bu iki cisimi yaradarkən, hər birinə ayrı-ayrılıqda fərqli ruh üfürür. Və sonra o iki cisimin hər birinin ruhundan bir parça qoparırvə onlara bir-birlərinin ruhundan pay edir. Və insanlar ayrı bətnlərdə, ayrı məkanlarda və ayrı fərqli zaman çərçivəsi arasında ruhlarında bir-birlərindən bir parça daşıyırlar. Və beləliklə, "ruh əkizi" ifadəsi meydana gəlir. Bu gün ətrafımızdakı hər bir insan ruh əkizinin bir yerlərdə olduğuna inanır. Bəziləri isə, şanslı olaraq, artıq öz ruh əkiziylə qarşılaşıb. Sənin, məhz sənim ruh əkizin ailəndə, dostlarının arasında və bəlkə də tanımadığın bir ortamda ola bilər. Və sənin ondan xəbərin olmaz. Sən sadəcə axtar. Səndən heç nə getmir. Bu yolda ya itirəcəksən, ya da ki, qazanacaq, qalib olacaqsan.
Və bəzən insan həmin ruh əkizi ilə qarşılaşdığı an bütan həyatının dəyişəcəyinə və gərçəkdən xoşbəxt olacağına inanır. Amma insan heç vaxt təkbaşına xoşbəxt ola biləcəyinin fərqinə varmır. Xoşbəxtliyin sadəcə iki insan arasında yaşanacağını düşünür. Xoşbəxtliyin tək nəfərlik olmadığını zənn edir. Amma sən heç cisimin ilə ruhun arasında münasibəti tarazlayıb, xoşbəxt olmağa çalışdınmı? Qətiyyən yox, məncə. Ona görə ömrünün ən gözəl anlarını axtarmaqla keçirirsən, həm də ən böyük möcüzənin içində gziləndiyinin fərqinə belə varmadan.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 26, 2021 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Ruh ƏkiziHikayelerin yaşadığı yer. Şimdi keşfedin