Ləhçə

188 16 6
                                    

İlkin və mən donub qalmışdıq. Uşaqlar nəyin baş verdiyini soruşdular. Biz onlara hər şeyi danışdıqdan sonra İlkinlə adanın içərilərinə doğru getməyi qərara aldıq. Elə təzəcə girmişdik ki, tarzan qarşımıza çıxdı. Gəldi əlimizi sıxdı.

Tarzan - Boooy booyy kimləri göreyrəm, xoş gəlifsiniz həmeşə siz gələsinyiz. Nətərsinyiz?

Aytən: Anlamadım O_O Bəs sən danışa bilmirdin?

Tarzan: Ayə onları sora danışajıyıx, gəlin gedəy...

Təəcüblü bir şəkildə getdiy. Və bir qoca kişi oturmuşdu mərkəzdə, bəli o Corc idi. Corc biznən görüşdü daha sonra söhbətı başdadıq.

Aytən: Corc... Bunlara nolub? O vaxtı biz burda olanda qəribə dildə danışırdılar, indi Qazax ləhçəsiynən...

Corc: Siz gedənnən bir neçə il sora qazaxlı biri bu adaya düşdü. Biznən qalırdı, danışdıqca onların dili də öyrəşdi onun ləhçəsinə. Bir dəyqə siz nə gəzirsiz burda? Bu uşaqlar kimdi?

Aytən: Bu İlkinnən mınim uşaqlarımızdı. Təyyarədə nəsə nasazlıq oldu, yenə qəzaya uğradı.

Bunu deyənnən sonra Tarzan bizə yaxınlaşdı.

Tarzan: Bu təyyariyi niyə qayırmerlər? Yazıxları gəlmermi sizə?

Sirli Ada 2Hikayelerin yaşadığı yer. Şimdi keşfedin