Annotasiya

449 46 21
                                    


┅┅┅┅┅┅┅༻❁༺┅┅┅┅┅┅┅

"Sözlər... Onlar bizdə yaratdıqları təəssüratlardan xəbərsizdirlər. Gah bizi dünyanın ən xoşbəxt insanına çevirir, gah da həmin insanları öz əlimizlə onların ruhlarını satmağa vadar edir. Ancaq hərdən dodaqlarımızın arasından çıxarkən havada süzülüb birdən qanqal tikanlarına çevrilir, ruhumuzun hər nöqtəsinə sirayət edib onu parça-parça edirlər. Və nəhayət, güman edirik ki, əslində heç nə bizim ən cüzi sevgimizə belə layiq deyil. Mən də buna inanmağa davam edirdim. Ömrümün ilk çağlarını ruhumda daşıdığım tikanlı bağçanı qarşıma çıxan hər kəsə necə sevgiyə layiq olmadığını dönə-dönə göstərərkən keçirmişdim. Ta ki, özüm də ruhunda qanqalların dövran sürdüyü iztirablı çöllüyü bəsləyən qanqal çiçəyi ilə rastlaşana qədər..."

┅┅┅┅┅┅┅༻❁༺┅┅┅┅┅┅┅
Həyatının ikinci ən vacib çağında qarşısına çıxan maneələri bir-bir aşan Ulduz, artıq divarın qurtaracağına gəlib çatmışdı. Məktəbli dövründə ailəsinin ona tətbiq etdiyi qadağalar, müəllim və şagird heyəti ilə arasında getdikcə yaranan dərin uçurumlar onun təzə cücərmiş həyatını dözülməz hala gətirib çıxarır. Ancaq bu dəfə o tək deyil. Məktəbdə qazandığı  dostları tezliklə onu vəziyyətdən çıxarmaq və öz gələcəyi uğruna bünövrələr ata bilmək üçün əllərindən gələn köməkliyi göstərirlər. Əvvəlcə başına gələnlərdən xəbərsiz olan Ulduz, sonralar hadisələrin tamam fərqli tərəfə axışını hiss edir və yalnız dostları hesab etdiyi insanlarla daha da yaxınlaşmağa başlayır. Amma hekayə bununla bitməyəcəkdir.

Xoş oxumalar.

Qanqal ÇiçəyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin