1ci hissə

376 30 1
                                    

Olmuş hadisə əsasında.....

Bir şəhər təsəvvür edin.Səmasını qara buludlar hörüb,o dərəcədə sıx hörüb ki,günəşin bircə qığılcımı belə onları dələ bilmir.Bu buludlar heç vaxt boşalmır.Günlər aylara çatır ,aylar illərə çatır,lakin bu buludlar nə yağmır nə guruldamır.Əgər məndən necəsən deyə soruşsanız ,təsvir etdiyim şəhər kimiyəm deyərdim.Və əgər həmin şəhərin hündür binalarını mənim mənəviyyatım hesab edin desəm ,nəzərinizə çatdırmaq istəyirəm ki,bu şəhərin binaları yerlə bir olub və əslində bura xarabalıqdır...

Mən 21 yaşında subay bir oğlandım. Yəni 3 il bundan öncə. Atam rayon məktəbində müəllim işləyir.Mən isə onun dediyi kimi fərasətsizin biriyəm, heç bir sənətə yiyələnə bilmədim.Dərslərimi çox zəif oxuyurdum. Atam məni asdısa da kəsdisə də ortaya bir nəticə çıxara bilmədim. Mən əsgərlikdən qayıtdıqdan sonra kişi, əkin-biçin üçün torpaq sahəsi aldı və oranın əkin-biçin işlərini mənə tapşırdı. Anam nə qədər etiraz etsə də ,dava –dalaş salsa da atam məni işləməyə məcbur etdi.Əslində özüm etiraz etmirdim.Heç bir işə yaramamışdım,heç olmasa bu yolla kişinin ürəyini dinc edərdim.Həmin gün yay günlərindən biri idi.Mən həmişəki kimi sahəmizdə işləyirdim.Günəş  qulac-qulac istilik saçırdı.Sahədə işlədiyimdən bəri dərim qapqara qaralmış, əllərim bel tutmaqdan qabar atmış,bədənim isə heç öyrəşmədiyi ağır fiziki əməkdən haldan düşmüşdü. Hədsiz arıqlamışdım.Anam hər mən evə qayıdanda əlini ağzına tutub”vay balam əldən gedir” deyib başını yelləyirdi.Mənsə gülümsəyib onun alnından öpərdim və sərin duşa tələsərdim.O günlər necə də xoşbəxt imişəm.Amma heyif ki,gözəllikləri,onları itirəndən sonra görürük...Sahəmiz insan gözündən uzaq bir yerdədi.Ətrafda özəl torpaq sahələri var.Amma həmin gün bu tərəflərdə məndən başqa heç kim yox idi.Başım işə necə qarışmışdısa yanımda duran insanın bura hardan ,necə gəldiyini görməmişdim.Birdən mülayim bir səs eşitdim” A bala” Diksinib çevirləndim.Qarşımdakı yaşlı bir kişi idi.Ayaq üstə güclə dururdu.Kənarda isə bir taksi dayanmışdı.

Bir xəstənin tarixçəsiDonde viven las historias. Descúbrelo ahora