1 Bölüm

16 1 0
                                    

Gözlərimi sadəcə qaranlıq səmanı aydınladan ulduzlara dikmişdim. İçimdə anlam verəmədiyim boşluq hiss edirdim. Anlamsız hiss etsəm də, bir səbəbi vardı. Lakin səbəbini bilmədikçə rahatsız hiss edirdim özümü... Yalnızdım, yorqundum, ümidsizdim... Keçmişimin olmadığı, məni tanımayan, kim olduğumu anlamayan insanların yanında olmağı hər şeydən daha çox arzu etdim, parlayan ulduzlar şahid olsun deyə.
Bəlkə də, sadəcə keçmişi unutmaq mənə kömək edə bilərdi. Heç var olmamış bir keçmiş.

Sanki məni ulduzların ötəsində uzun zamandır  gözləyən birisi varmış. O, məni bir gün tapacaq və mənə acı hiss etdirən hər şeyi həyatımdan söküm alacaqdır. Bəlkə də, hər ikimizin sadəcə zamana ehtiyacımız var.

                                ***
Qaranlıq səmanın ulduzlarından ayrılaraq, öz həyatıma geri döndüm. İnsanların çox olduğu, səslərin bir-birinə qarışdığı, yalan gülüşlərin qulağımı acıdacaq qədər xəyanətkar gəlirdi. Hər gün gördüyüm və eşitdiyim bu səslərin arasından keçib getməyə məcburdum.
Addımlarımı izləyərək evimə yol aldım. Yağış damlaları üzərimə yağarkən, yerin nə qədər zamanda yaş olduğunu izləyirdim anlamsızca. Evimə dönərkən gözlərimi qamaşdıran əşya gördüm. Bu sıradan bir əşya deyildi, gözlərim kor olacaqmış kimi, qamaşdı parıltısından. Ona yaxınlaşdıqca daha da əlvan parlayırdı. Yerə yaxınlaşıb, onu islanmış yerdən alaraq diqqətlə baxdım amma gözlərim artıq ağrımırdı. Onu gördüyümdə iki dodağımın arasından sadəcə "Çox gözəldir" kəlməsi çıxdı. Mavi daşları, incə və zərif görüntüsü ilə özünə aşiq edirdi. Onu əlimdə tutarkən sahib olmaq istədim. Yanlış bir addımdı amma o zaman düşünmədən zərif boyunbağını aldım. Evə iki küçə qalmışdı lakin sürətli addımlarla evə tez çatdım. Təlaşla evə girdim və sanki birilərindən qaçırmış kimi evdə gizlədim. Dərin nəfəs aldım, ürəyimin döyüntüsü sakitləşənə kimi sadəcə olduğum yerdə qaldım.

 Dərin nəfəs aldım, ürəyimin döyüntüsü sakitləşənə kimi sadəcə olduğum yerdə qaldım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


Ürəy döyüntülərim azaldığında pəncərəyə yaxınlaşaraq boş küçələrə boylandım. Heç kim yox idi. Ona sahib olmağım üçün heç bir əngəl yox idi amma onu oğurlamaqla sahib ola bilməzdim. Düşüncələrim məni öldürərkən daha da, əzab çəkirdim. Boyunbağını əlimə aldım və uzunca baxdım. Küçədə məndən başqa heç kim onu almamışdı, sadəcə mən ona sahib olmağım üçün mənim qarşıma çıxmışdı. Əgər bu qədər önəmli olasaydı geri alan olardı. Yenə də, onun sahibi gələnə kimi, o məndə qalacağına qərar verdim amma taxmaqdan imtina etdim. Bir gün məndən alınacaq əşyaya öyrəşə bilməzdim.
Gözəlliyinə aldanmamaq üçün onu gizlətdim. Gödəkçəmi çıxararaq yatağıma uzandım, gözlərimi möhkəmcə sıxdım və yuxuya dalmağa çalışdım yavaş yavaş...

                                    ***
Qapı səsinə gözlərimə açdım. Yuxulu və yorqun gözlərimi açaraq qapıya doğru irəllədim. Səhər səhər qapıya kim gələ bilərdi ki? Deyə düşünərkən qapını açdım. Qarşımda baxışları ilə günah yazan, sərt baxışlı bir qadındı. İlk ona baxdığımda qorxu bütün bədənimi sardı, dilim dinməz oldu, baxışlarım çaşqın... Dünən olanları xatırladım amma yenə söz etməz oldum. Qadın mənə diqqətlicə baxdı, balaca gözlərini qıyaraq mənə doğru bir addım atdı. Qara çantasını möhkəm tutaraq dedi:

"O, səndədir?".

"Nə?..."

"Nədən danışdığımı çox yaxşı bilirsəm, qızım".

Səsi çox ciddi və sərt idi.

"Boyunbağını deyirsiz?".

"Bəli".

"Mən onu sizə indi gətirərəm".

"Daha ehtiyac yoxdur".

"Anlamadım?".

"Onu artıq götürmüsən amma deyəcəyim sözləri unutma".

Mənə daha da yaxınlaşaraq sözlərinə davam etdi: - " Onu artıq oğurlamısan. Amma o sənə qəm də, sevgi də, gətirə bilər. Amma hər ikisində də borcunu ödəyəcəksən".

"Siz nə danışırsız?" - qorxudan nə söyləyəcəyimi bilmədim.

"Dediklərimi unutma. Bu gecə həyatın dəyişəcək. Amma seçimlərindən və aruzlarına diqqət et. Çünki onlar sənə həm kədər, həm sevinc gətirə bilər".

Qəlbim dəli kimi çırpınarkən, üzümə son  gülüşü daha boğdu məni. Sanki lənətlənmiş kimi hiss etdim. O, qapıdan uzaqlaşmağını izlərkən donub qaldığım yerdən boyunbağını gizlətdiyim yerə qaçaraq əlimə aldım. O, qadının arxasıya küçəyə qaçdım lakin qadın dumanda yox olmuşdu. Artıq mən lənətləndiyimi anlamışdım...

                                ***
Evə qorxmuş və üşümüş halda geri döndüm. Divanda əyləşərək sadəcə boş bir divara baxdım dəqiqələrlə. Qadının dedikləri qulağımdan getmirdi. Səsi və baxışı içimə rahatlıq vermirdi. Əlimdə duran boyunbağına baxdım. Mən artıq onun sahibi idim.
Həyatımda ilk dəfə istədiyimə həqiqətən sahib olmuşdum. Qarşılığında heç nə vermədən, qəm və sevinclə qarşılaşacaqdım. Bəlkə qadın sadəcə mənə aid olmayanlara əl vurmamağım üçün dərs keçdi sözləri ilə. Bilmirəm amma ona sahib olduğumu düşününcə xoşbəxt oldum. İçimdə qorxu ilə yaşasam da.

Zəng gəldi:

"Alo".

"Sənə zəng edirəm niyə açmırsan?".

"Səhər-səhər mənə niyə zəng edirsən?".

"Sən yaxşısan?".

"Yaxşıyam. Axı nə olub?".

"Məncə yaxşı deyilsən...".

"Niyə elə düşünürsən?".

"Çünki artıq gecə yarısıdı. Səhər deyil".

"Sən nə danışırsan? Saata baxdığım da, səhər saat 06:00 idi" .

"Saata yenə bax".

Telefonu qulağımdan alaraq saata baxdım. Gecə yarısına keçirdi artıq. Telefon əlimdən düşdü. Ətrafa baxdım ev qaranlıq idi. Nə edəcəyimi bilmədən sadəcə evdən qaçmaq istədim. Qapıya doğru qaçdığımda bir anlıq özümü yerdə tapdım. Bütün bədənimi ağrı sardı. Qarşısını ala bilmədiyim bir şey sanki məni öz içinə çəkirdi amma mən buna qarşı qoya bilmirdim. Boyunbağı birdən boynumda olduğunu gördüm və hər yeri saran işıqları ilə parlayaraq öz işığına sardı məni...

İncə İzlərHikayelerin yaşadığı yer. Şimdi keşfedin