Bölüm 1

84 9 109
                                    

Məncə sevmək və sevilmək bu həyatda olan ən gözəl hisslərdir. Əgər ki, bu sevgi saf hisslərin, qorxunun, utancaqlığın əhatəsində olursa bu sevgi heç vaxt unudulmur. Hər bir insanın məktəb vaxtı sevdiyi biri olub. Bəziləri müəllimlərini, bəziləri sinif yoldaşını, bəziləri onlarla paralel sinifdə oxuyan birini, bəziləri onlardan 1 sinif aşağıda oxuyan birini və sairə. Məndə o sevgilərdən birinə tutulmuşdum sinif yoldaşım, hazırlıq yoldaşım, parta yoldaşım, dostum idi o mənim.

Son zəngimizə günlər qalmışdı, bir yandan həyacanla son zəng günü keçirəcəyimiz tədbir üçün hazırlaşır, bir yandan da imtahan yaxınlaşdığı üçün hazırlıqlarımıza gedirdik. Günümün böyük bir hissəsi onunla birlikdə keçirdirdik, ikimizdə eyni ixtisas üzrə hazırlaşdığımız üçün hazırlıq müəllimlərimiz də eyni idi. 

Anarla 1-ci sinifdən bəri parta yoldaşı idik, sonra 5-ci sinifə keçəndə hamı parta yoldaşını dəyişir, qızlar öz rəfiqələri ilə, oğlanlarda öz dostları ilə oturmağa başladılar, bir biz dəyişməmişdik son günə kimi bir partada oturmuşduq.

7-ci sinifə kimi onu dostum, sirdaşım kimi görürdüm ta ki, o gün yanvar ayının 15-də məktəbdən sonra hazırlığımız var idi, həmin güm qar yağır üstünə də Bakının soyuq küləyi əlavə olunduğunda çölə çıxmaq mümkün deyildi. Yanına gəldiyimiz müəllimə bizim məhəllədə olduğundan uşaqlarla toplaşıb bir girərdik dərsə. Nə qədər gözləsək də oğlanlar gəlməmiş, zəng etdikdə telefonlarını açmamışdılar. Hazırlığın bitməsinə az qalmış Raul dərsə çatmış Anarın ayağı sürüşüb yıxıldığı üçün ayağının sındığını, onu xəstəxanaya apardıqları üçün hazırlığa gəlmədiklərini demişdi.

O gün anlamışdım nə qədər gizlətməyə çalışsam da ona qarşı olan hisslərim tək dostluq hissi olmadığını. Sabahısı günü uşaqlarla yığışıb Anara baş çəkməyə evlərinə getdik, onun ailəsini görəndən sonra başa düşdüm ki, bizdə heç vaxt alınmazdı.  Anarın atasının holdingi var idi, anası isə həkim işləyirdi. Böyük geniş evləri var idi amma o evin içində bir qram olsun sevgi yox idi. Atası ciddi, qaşqabaqlı biri idi, ancaq telefonla danışırdı. Anası isə Anarla heç maraqlanmır  bütün diqqətini  Anardan 2 yaş kiçik olan digər oğluna vermişdi.

Biz tamam ayrı ailəmdə yaşayırdıq sanki. Mənim valideynlərim ikisi də Bakı Dövlət Universitetində müəllim işləyirdilər, Bakı da tanınmış müəllimlərdən idilər. Mən evin tək uşağı idim, atam hər sarayın bir şahzadəsi olar səndə bizim evimizin şahzadəsisən deyərdi. Bizim ailəmiz nə qədər istiqanlı, mehriban, gülər üzlü idisə, onun ailəsi tam tərsi idi.

İllərlə gizlədim ona qarşı olan hisslərimi, heç kimə demədim. Qorxdum ona desəm dostluğumuz pozular deyə qorxdum. Hərşeyin dəyişdiyi o gün isə bizim son zəng günümüz oldu.

Hər şey o qədər gözəl gedirdi ki, hamı xoşbəxt idi. Planladığımız hər şeyi tədbirdə etmiş çox gözəl alınmışdı. Tikdirdiyimiz paltarlar, hazırladığımız şeirlər, rəkslər, mahnılar hər şey super alınmışdı. Düzdür bir-birimizdən ayrıldığımız üçün arada kədərlənirdik amma yenə də bu gün bizim üçün yeni həyatlarımızın başlanğıcı idi. Artıq daha enişli-yoxuşlu, çətin həyatlara doğru adımlayacaqdığ.

Tədbir bitdi və biz son dəfə vidalaşmaq üçün sinifimizə keçdik. Üzümüzdə buruq bir təbəssümlə bir-birimizə ürək sözlərimizi deyirdik, bir tək o sakit bir şəkildə arxa partada oturub mənə baxırdı. O mənim ilk sevgim idi, heç vaxt etiraf edə bilmədiyim ilk sevgim. Bu gün çox kövrək olmuşdum, hər şeyə ağlayırdım, bəlkə də bir daha onu belə çox görə bilməyəcəyim ağlıma gəldiyi üçün ağlayırdım.

Onun vinetkasını yazmaq üçün mənə verdiklərində hər oxuduğun da məni xatırlasın deyə şeir yazdım.

Bir yiyəsiz qəmin varsa,
Ver çəkim,ovutma məni
Məndən əziz kimin varsa,
Sev, amma unutma məni.

Gecəyəm, çırağım sənsən,
Çiçəyəm, budağım sənsən,
Ən əziz qonağım sənsən,
Qapımdan qayıtma mənim.

"Ümid edirəm məni unutmazsan. 11 illik parta yoldaşın."

Vinetkasını Anara qaytardıqda oda vinetkamı mənə uzatdı içini açıb yazdığını oxuduqda  gözümdən yaşlar istəmsizcə süzülməyə başladı.

Baxışın ömrümə bir ömür yetər
Qaranlıq buludlar üstümdən itər
İstəsəm sevgimi dünya eşidər
Ama mən səssizcə sevirəm səni.

Eşq örtdü gözümü duman, his deyil
Hisslərim fərqlidir bəsit hiss deyil
Uğruna ölməkdir bu nəfs deyil
Bir bilsən ax necə sevirəm səni.

Şeiri oxuduqdan sonra gözyaşlarım dayanmadan axır özümü saxlaya bilmirdim. Heç kim görməsin deyə sinifdən çıxaraq kalidorda pəncərənin qarşısında dayandım. Özümü sakitləşdirmək üçün dərin nəfəs alıb verirdim. Neçə il sonra hisslərimin qarşılıqlı olduğunu bilmək ürəyimi bərk döyündürürdü. Arxadan birinin əlini çiynimə qoymağı ilə gözlərimi silib arxaya çevrildim. Onun mənə dolu gözlərlə baxdığını gördükdə artıq özümü saxlaya bilməmiş qucaqlayıb ağlamağa başlamışdım.

"Bilirsən sənin ağlamağına dözə bilmirəm. Ağlama, birdəfəlik ayrılmırıq ki, mən hər zaman sənin yanında olacam. Səni hər şeydən çox sevirəm." İlk dəfə idi bizim haqqımızda bir söz deyirdi və məni sevdiyini dilə gətirirdi.

"Bəsdi ağladın, gəl sinifə girək artıq ağmalaq yox, gülmək var bizim üçün." deyib əlimi tutub sinifə apardı. Sinifə daxil olduğumuzda sinifdəkilər bizi görüb əl çalmağa başladılar.

"Nəhayət bir-birinizə sevginizi etiraf edə bildiz." dedi Aytac ayağa qalxıb.

"Siz hardan bilirsiz?"  deyə soruşdum təəccüblə.

"Tək biz yox bütün məktəb sizin bir-birinizi sevdiyini anlamışdı. Bir-birinizə olan baxışlarınızı bir siz görə bilmirdiz." dedi Nəzrin gülərək. 

Yerimizə keçib oturduğumuz da axşam hara da yığıncaq edəcəyimizi qərarlaşdırmaq üçün danışmağa başladıq. Uzun mübahisələrin sonunda axşam saat 7-də restoranda toplaşmağa, özümüz üçün yığıncaq etməyə qərar vermişdik.

Evə gəlib axşam üçün hazırlaşmağa başladım. Belimə qədər uzanan qara saçlarımı anamın köməyi ilə fenlə burmağa başladıq. Saçlarımı burub açığ bıraxdım. Sadəcə bu gün üçün makyaj etməyə anam icazə verdiyindən sadə makiyaj etdim. Krem rəngində dizimin üstündə bitən donumu geyinib altına da ona uyğun olan krem rəngi ayaqqabılarımı geyinərək evdən çıxdım. Məni şənliyin keçiriləcəyi restorana atam aparcağdı.

Nəhayət restorana gəlib çatdığımızda Anarın əlində qızılgül ilə məni gözlədiyini gördüm. Yanına çatdığımda əlindəki gülü mənə uzadaraq " çox gözəl görünürsən." dedi və əlimdən tutaraq məni uşaqlar olan otağa apardı.

Saat ilərilədikcə çoxsu rəis edir əylənirdik. Bu gün hamı xoşbəxt idi mən isə hamıdan daha xoşbəxt idim, Anar mənə olan sevgisini etiraf etmiş, hamıya demişdi. O da məndə utancaq insanlardıq, bu sevgini etiraf etmək üçün düz 4 il gözləmişdik ama sonunda xoşbəxt olmuşduq.

Salam mənim əziz oxucularım. Bilirəm mən və tez-tez qərar dəyişməyim olmaya. Bu dəfə bu kitabı finala qədər yazacam inşallah.

Sizdən bu bölüm haqqında fikirlənizi öyrənmək istəyirəm.

Digər bölümdə görüşənədək.♥️

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: 2 days ago ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

İlk SevgimHikayelerin yaşadığı yer. Şimdi keşfedin