~1 Bölüm~

56 7 13
                                    

               Frank'ın həyatı

24 Mart

Yenə istinin qızmar bir günlərindən idi. Otağıma çəkilib divara baxırdım, arada bəzən peşmançılıq çəkirdim. Valideynlərim vaxtında mənə oxu deyərdi. Mən isə onların dediklərini heç vecimə almazdım. Amma hal-hazırda onlara qarşı böyük bir ədəbsizlik etdiyimin fərqindəyəm. İndi nə anam yaşayır, nə də atam, heç bir qohumlarım da yaxın deyiləm. 60 ilim boş olaraq keçib. Bəzən özümə sual verirəm, "Frank sən nəyə dayanıb yaşayırsan?" Amma heç bir cavab tapa bilmirəm.

Mən ailənin tək övladı olaraq böyümüşəm, əslində deyə bilmərəm ki yaramaz olmuşam. Amma heç bir dərs oxumurdum. Marağım olmayıb deyə bilərəm. Lakin uşaqlığımdan "Zaman Maşın"larına həvəsim olub. "Elə bir şey icad edib bu fərsiz dünyadan qurtularam" fikiri ilə böyümüşəm.

Xəyallarımdan ayrılıb, ayağa durdum çirkli corablarımı çıxardıb stulun başına qoydum. Elə bu vaxt qarnımın guruldadığını eşitdim. Yeməyə bir şey tapacağımdan əmin deyildim. 2-3 gün bundan əvvəl alınan çörəkləri gördüm. 1-2 tikə alaraq çayla içdim. Tavana baxaraq hörümçək torlarını gördüm. Evə yerləşəndən heç bir yeri silib etməmişdim. Ancaq başımı qatmaq üçün yeni-yeni alətlər icad edirdim. Yeni it sahiblənmək istəyirdim. Buna görə də ona bir alət icad etmişdim. Mən işdə olarkən ac qalmasın deyə etdim bunu, əslində hələ sahiblənməmişəm. Amma işlərimi əvvəlcədən görmək mənim üçün əlverişlidir. Bu mexanizm belə çalışır:

Ona aldığım İt yeməyini konservləşdirilmiş qablara yığırsan. Və onları həmin düzəltdiyim alətin içərisinə qoyursan. Daha sonra saatı təyin edirsən. Və həmin konservləşdirilmiş qab həmin vaxtda qapağı açılmış bir şəkildə yemək qabına tökülür. Bu qədər sadə;

Yeməyimi yedikdən sonra ayağa durdum, boğazım quruduğuna görə su içdim. Daha sonra otağıma çəkildim. Yatağıma uzanan kimi yuxu məni aldı. Biraz yatdıqdan sonra qapının səsinə oyandım. Birisi hirslə elə bil qapını təpikləyirdi. Bu böyük ehtimal evin sahibi olmalıydı. Mən ayağa durub qapını açmağa getdim. Qapı az qala sınacaqı ki, mən dərhal qapını açdım.

- Sən evin pulunu nə vaxt vermək fikrin var? Bu artıq 3-cü gündür ! - Evin sahibi hirslə və daha yüksək bir şəkildə dedi.

- Sabah mütləq verəcəyəm. Bu vaxtlar biraz çətin dolanmışam. Amma sabah dəqiq bir şəkildə verəcəyəm. -Frank yazıq bir şəkildə dilləndi.

- Bu dəfə də sənə şans verirəm. Sabah verdin verdin, əgər verməsən bütün əşyalarını toplayıb səni də küçəyə atacağam. -Evin sahibi bunu deyib getdi.

Frank məyus olmuşcasına içəri daxil olub qapını örtdü.

Frank'ın qazandığı pul ona çatmırdı. O bələdçilik işi ilə məşğul olurdu. Etdiyi bələdçilik yerləri demək olar ki, gündən-günə dəyişirdi. Amma daha çox muzeylərə bələdçilik edirdi, etdiyi işdən də razı idi. Amma pul onu qane etmirdi. Bir gün pulunu artıracaqlarını düşünürdü. Buna görədə artıq günlərini də çalışırdı. Müdürün gözünə girmək üçün nə oldu edirdi. Axşam gec saatlarda evə gəlib yatırdı. Yeməyini isə orada verirdilər. Gəlib evdə yemək bişirməyinə ehtiyac olmurdu. Bu onun üçün əlverişli idi. Amma yenə də həyatından qane deyildi. Zamanında valideynlərimin sözünə baxsaydım, hal-hazırda fərqli bir həyat yaşaya bilərdim. Bu cümləni bəlkə hər saat deyirdi.

Ona bu yolda kömək edən biri var idi. Bu Frank'ın yeganə dostu Jack idi. Jack 19 yaşında idi, düzdür Frank'la Jack arasında xeyli bir yaş fərqi olsada, onlar gözəl dost idilər. Jack "PennWest" Universitetinə yeni qəbul olmuşdu. Frank'ın müdürü Jack'ın qohum idi. O Frank'ın yaşadığı problemləri nəzərə alaraq işdən qovulmaması üçün əlindən nə gəlirsə edirdi.

Onların tanış olması elə məhz Müdür Frank'ı danlayarkən olmuşdu. Jack bunu görmüşdü. Sonra gedib Müdür adına Frank'dan üzr istədi. Çünki Frank heç bir şey etmədiyinə görə danlanmışdı. Daha sonra onların arasında isti münasibət oldu. Həmin gündən də 2 ayrılmaz dostdular.

Jack Frank'ın hər bir günündə onun yanında olacağına söz verib. Frank'ın yaşı Jack'dən çox olsada bu heç bir şeyi dəyişmir.

~Dostluqlar arasında yaşın həddi yoxdur.

Jack hərdən deyərdi ki, Zaman Maşın'ını nə vaxt icad edəcəyik?) Frank onun zarafat etdiyini bilsədə o bu haqda ciddi idi. O bu Zaman Maşın'ını icad edəcəkdi...

(1 Bölümün Sonu)

~Frank~
60 yaşı var. Orta boylu, arıq bir insandır. Çoxlu ağ saçları var. Əməksevər biridir. Dostuna qarşı düzgün davranır. Ancaq təmizliyə riayət etmir :)

~Jack~
19 yaşı var. "PennWest" Universitet'inin tələbəsidir. Qara rəngdə gur saçları var. Çox arıq sayılmaz, nə də kök sayılmaz. Dostuna qarşı laqeyd yanaşır. Təmizkar da demək olar. Birdə Gitar çalmağı çox sevir. :)

Əgər bura qədər oxudunuzsa çox sağolun :) Əgər sevdinizsə Vote ☆ edib, şərh yazsanız çox şad olaram. Sevgilərlə... ;)

Zaman MaşınıHikayelerin yaşadığı yer. Şimdi keşfedin