1-ci məktub.

82 22 4
                                    


1-ci məktub 21/Mart/2023

"Bəlkə də qəbullanmadığım ölümün deyil də,yoxluğundur."

Bu gün ölumün tam 1-ci ayıdır. Sənsiz keçən hər günüm dahada ağır və dayanılmayacaq bir hal alır. Mənə həmişə "İnsan ölmək üçün doğdu" deyərdin, ancaq ana, bunu bil ki, ölüm sənə heç yaraşmadı.
Sən həyatdaykən və yanımdaykən dünya,insanlar və hər şey o qədər asan gəlirdi ki, hər zaman tək başına hər şeyin üstəsindən gələ biləcəyimi düşunürdüm, ta ki mənim sənə axrıncı dəfə aldığım çiçək gözlərimin qabağında səntək quruyup ölənədək.
Öldü, onlar da öldü.
Sənin kimi onlar da boynunu bükdü.

🥀

Bir aydır, hər ay aldığım qızarmış çörəklərin qoxusunu almıram,ana. Mən səndən sonra, bir qoxunun belə insanı qırmağa bəs etdiyini öyrəndim. Ölümündü qəlbimi paramparça edən, yoxsa arxanda buraxdığın xatirələrmi deyə düşünürəm bəzən. İnan heç fərqi yoxdur, qəlbim paramparça olurmu? Olur.

🥀

Son vaxtlarda mənə ən sevdiyim kələm dolmasından hazırlamağa belə taqətin qalmamışdı. Oysa ki, sən hər zaman mən onu istədiyim vaxt tərəddüt etmədən bişirərdin. Gözümün qarşısında bu solub gedişin məni məndən alsa belə sənə heç bir şey bildirməməyə çalışırdım, ancaq ana, oğlun da ən azı sənin qədər öldü. Hara gedərsəm gedim, nə edərsəm edim, hər şey səni xatırladır. Bu, bu zəhrimara qalmış ev də səni xatırladır və bu ölmüş bir cəsədə təcavüz etmək qədər ağır, bir o qədər də ağrısız bir şeydir.

🥀

Səndən sonra heç kimimin olmadığını gördüm. Qoynunda bir damla yaş tökməm üçün birini tapmadığımda, sən həyatdaykən sənin qoynunda tökmədiyim yaşlar üçün heyifsləndim.Sənin ölümünün üzərindən bir ay on üç saat keçmişdi, bir iç çəkdim içdən o evin qapısından içəri addım atarkən.
Heç vaxt bu ev bu qədər dar və soyuq gəlməmişdi mənə. Amma artıq nəfəs ala bilməyəcəyim qədər dar, beynimin və qəlbimin buz tutub donacağı qədər soyuqdu.
Gündən günə çürüyən beynim, hələ də bəzi şeyləri qəbullana bilmirdi, eynən ölümün kimi.

Çiçək QadınaHikayelerin yaşadığı yer. Şimdi keşfedin