5-ci məktub.

13 4 0
                                    

5-ci məktub 18/Aprel/2023

Saat 22:30

Çiçək qadın sən belə soldun, Çiçəyin solmuyacağına əminik?

Bu gün tam bir həfdə olacaqdı ki sənə məktub yazmıram. Əvvəlki məktubda sabah Çiçək ilə görüşməyə gedəcəyimi demişdim, getdimdə. Çiçək, sanki fərqli dünyanın fərqli insanıydı.
Getdiyimiz restoranda təsadüfən canlı musiqi verilməyə başladı. Çiçək bu xoş sədalı musiqini eşitdiyi anda, heç düşünmədən əlimdən tutub rəqsə qaldırdı. Biraz tutulub qaldım, axı biz kişilər bu kimi hallara ve yaxud bu kimi qadınlara çox rastlamırdıq.
Heç kim oynamadığı halda, o qədər insanın qarşısında rəqs etmişdik və mən sadəcə orda ikimizin olduğunu hiss etmişdim. Belə bir qadın, bura hardan düşmüşdü?
Çiçək indiyə kimi gördüyüm heç bir qadına bənzəmirdi, o fərqliydi.
O Ruhuma toxunmağı bacarırdı.

Görüşməyə gedəndə ona sevdiyi şokaladdan aldım və bu səfər onu qabaqlayıb şokaladı mən çıxartdım. Eynən onun kimi iki yerə böldüm, bir hissəsini ona verdim, digərini isə özüm yedim. Onun kimi yediyimdə isə gülməyə başladı. Nəyə güldüyünü soruşdum, burnunu qaşımaq istiyəndə əlindəki şokalad burnuna yayıldı və cavab verdi "Sən lap mən olmusan ki"dedi.
"Çiçək, bu həyatda mən heç vaxt sən olmağı istəmək qədər heç nəyi istəməmişəm" heyranlıqla mənə baxarkən dəvam elədim "Mən sən olmaq,sənin olmaq,sənin etdiklərini etmək istiyirəm" dedim.
Əlini böyük bir cəsarətlə əlimin üstenə qoydu "Mən də sənin" dedi gözlərimin içinə baxarkən.

Bilirsən ana, onun olmaq,onun da mənim olmağı həyatda tək istədiyim şeydi. Bəlkə üç həfdə əvvəl harda olmaq istiyirsən deyə soruşsaydılar böyük ehtimal sənin yanınını deyərdim yəni torpağın altını, ancaq indi torpağın üstündə, yer üzündə və təkcə onun yanında olmaq istiyirəm.
Səni sevmədiyimdən deyil, ana, amma onu sevdiyimdən yaşamaq istiyirəm.
Axı yaşamaq istəyi ona olan sevgimə görədi. Məni sevdiyim üçün qınama ana, çünki mən bir ömür cəlladını sevən səni qınamadım.

Rəqsdən sonra oturduğumuzda, restoranda alqış səsləri ucaldı, valeh olmamaq əldə deyildi. Onu başdan aşağı süzdüyümdə isə işləməkdən kobudlaşmş əllərinin belə mənə necə incə gədiyini anladım.
Öz masamızda əyləşib yemək üçün bir şeylər seçdiyimzdə, ən sevdiyi yeməyin mərci supu olduğunu öyrəndim. Diyəsən bundan sonra ancaq mərci supu yiyəcəm( İçimdən güldüm).
Sifarişləri verdikdən sonra ilk dəfə mən də cəsarətimi topluyub sual verdim
"Cəsarət dolu qadınsan, bunun səbəbini öyrənə bilərəm?"
Gülümsündü "Həqiqətən yaşamaq istiyirsənsə, cəsarətli və açıqsözlü olmalısan" dedi.
"Necə yəni?" Deyə təkrardan sual verdim.
"Bax, həyat qəribədi. Cəsartli olub ya ölərsən, ya da yaşayarsan. Yaşamaq istiyirsənsə cəsarəti gözə almalısan.
Belə deyək, həyat səni öldürmək istəyəm suiqəstçidi və səndə yaşamaq istəyan o adam.  Ya cəsarətini topluyub onunla döyüşməlisən, ya da ölümün ayaqlarına qədər gəlib səni almağına icazə verməlisən. Birincidə yaşamaq şansın olur, ikincidə isə olmur. Mən o şansı yaratmağa çalışıram."  Dedi.
Onu dinliyərkən sözlərindəki həqiqət payını gördüm, bəzi məqamlar vardı ki sən şansı özün yaradmalı idin. Anladım, diyəsən onu anladım.
"Onda demək ki-" sözümü kəsdi.
"Hə, səni sevirəm. Hətta, deyirəm ki gəl evlənək" əlimi tutdu "Mən bu dünyada ya da başqa bir dünyada sənin kimi birini bir də tapa bilmərəm. Mən səni bir daha tapmaya bilərəm, ölüm var, son var, qovuşmadan ölməyək sevdiyim. Biz o pis sonla bitən hekayələrdən olmayaq" gözlərimin içinə dərin-dərin baxərkən bu qadına bir də heyranlıq duydum. Yenə gözləmdiyim yerdən vurdu məni və bu vuruş həyatı boyu məni özümə gətiməyəcəkdi.

Əlini dodaqlarıma yaxınlaşdırıb incə və kiçik toxunuşlarla öpdüm, əlindən,ovuç içlərindən, sonra isə alnından öpdüm.
"Klassik bir cümlə olacaq, yenə də deyim yaxşı ki varsan " bu sözümə üz asdı.
Nəyə üz asdığını anlayanda gülümsüyüb barmağım ilə çənəsindən tutub üzünə yol göstrdiyimdə mənə baxmağı üçün dəyandırdım "Hə,yadımdan çıxdığını düşünürsənsə yanılırsan, Səni sevirəm Çiçək" o da gülümsədi.

Burnundakı şokaladı silib əlindən bərk-bərk yapışdım.
O gördüyüm bütün çiçəklərdən fərqli idi, o mənim çiçəyimdi. Sənin kimi, mənə aid idi. O da Çiçək qadın idi.

Çiçək QadınaHikayelerin yaşadığı yer. Şimdi keşfedin