Çiçək Əlizadədən...
Onun ilə tanışdığım ilk gün fərqli hiss edirdim. İçimdən bir səs onun ilə çox yol gedəcəyimizi demişdi mənə.
Və biz bir müddət sonra Murad ilə ailə həyatı qurmuşduq. Kəlimələr yetmirdi xoşbəxtliyimi dilə gətirməyə,çünki onun ilə evlənmək həyatımda etdiyim ən doğru seçim olduğunu düşünürəm. Sonu nə olur olsun, bu düşüncənin hər zaman üstündə olacağıma inanıram.Verdiyin dəyəri almaq üçün çabalamağa ehtiyyac qalmayanda, sevgidən anlayan insanların hələ də var olduğunu görürsən. Murad da onlardan biriydi: verdiyin dəyəri görür, sevginin nə olduğunu bilir, önəmli hiss etdirməyi bacarırdı.
Yaramızın eyni olduğunu o gün mezarın başında onu ağlayan yerdə,ilk görəndə anladım. Yarasını sarmaq istiyirdim, həmçinin yaramında sarılmağını. Doğrusu o həkim deyildi, amma bəzi yaraları həkim dəyil fərqli insanlar sara bilirdi;yara nə qədər dərin olsa belə.Hər həftənin bir günü gecə radələrində Murad gözdən bir müddətlik itirdi. İş otağına keçib saatlarla ordan çıxmır, çıxsa belə evdən qaçar addımlarla çıxıb saatlar sonra evə qayıdırdı.Ondan başqasının isə iş otağına girməyinə icazə vermir, əşyalarına toxunduqda ciddi reaksyalar verirdi. Buna görə dəhşətli dərəcədə narahat olurdum, soruşduqda hər şeyin yolunda olduğunu deyirdi, ancaq yolunda olmadığını qəlbim ilə hiss edirdim.
Bu gün 8/May/2023 saat 22:15
Yemək üçün bəzi meyvələrdən doğruyub Murad üçün hazır etmişdim. Duşdan çıxacaq, daha sonra isə birlikdə filmə baxacaqdıq.
Hazırladığım meyvə dolu qabları televizorun qarşısındakı kiçik masaya qoyub, yanındakı oturacaqda əyləşib Muradın duşdan çıxmağını gözlədim.
Onunla günler sonra birliktə vaxt keçirəcəkdik. İşlərimizin çoxluğu səbəbi ilə bir birimizə axşam evə gəldikdən sonra ancaq vaxt ayıra bilirdik. Gündüzlər isə sadəcə kiçik whatsapp mesajları ilə qane olmağa çalışırdıq.
Təqribən bir iki dəqiqə sonra yerimdən dik atıb durmağıma səbəb olan səs Muradın yatağ otağında bir şeyləri dağıtmağı olmuşdu.
Ayağa qalxıb özümü itirmədən təmkinli olmağa çalışaraq yatağ otağının qarşına gəldim, tam içəri girəcəkdim ki bəzi səslər eşitməyim ilə ayaq saxladım. Qapının yanında gizlənib otaqdan gələn səsləri dinləməyə başladım. Yarıdan gördüyüm qədəri ilə Murad ayna qarşısında dayanmış, özünə əsəbi bir şəkildə baxaraq danışırdı.
"Sən dünyada gördüyüm ən pis övladsan" əyninə şalvarını geyindi.
"Unutduğun üçün özündən utan, mundar məxluq" əlləri əsir, köynəyinin qolunu keçirməyə çalışırdı.
"Anan heç vaxt səni bağışlamıyacaq, bədbəxt" güldü. Gülüşü qulaqlarıma dolduqca qəribə hisslər keçirirdim, sevdiyim insandan qorxdum, sonra isə qorxduğum üçün utandım.
Amma bu gördüklərimi kim görsəydi qorxardı, bilirdim.
Köynəyini geyindikdən sonra bir müddət aynada özünə baxdı, əlləri əsir, gözləri qıpqırmızı olmuşdu.
"Hamsı onun üzünnən oldu,məni gecikdirir" dedi özünə baxarkən.
O dediyi şəxsin kim olduğunu dəqiq bilmirdim, amma əgər məniydimsə nəyə gecikdirirdim onu? İçəri azda olsa dəqiq baxa bilmək üçün biraz boylandım, yerə dağılmış baxım əşyalarını gördüm.
Tam otaqdan dönüb çıxacağını hiss etdiyim andaca qapının yanından qonaq otağına tərəf tələsik adımmlarla irərlədim. Həmənki masanın yanındakı oturacaqda əyləşib, yataq otağı tərəfə baxmamağa çalışdım. Muradı ilk dəfə idiki belə görürdüm və açığı bu məni narahat edirdi.
ŞİMDİ OKUDUĞUN
Çiçək Qadına
General FictionBəlkə də qəbullanmadığım ölümün deyil də, yoxluğundur... Həyatında heç tək qalmamış Murad, anası öldükdən sonra təkliyi dərk etməyə başlar. Sümüklərinə qədər hiss etdiyi təklik, onu gündən günə yox etsə də, həyata tutunmaq üçün dünyadakı ən dəyərli...