"Onsuzluq"

33 2 0
                                    

(9-cu bölüm)
Nə deyəcəyini bilmirdi Aytac..Heç nə demədi onsuz da..Telefonu söndürüb sakitcə carpayısında əyləşdi..Nə edəcəyini düşündü..Zauru daha çox incitməmək üçün ondan ayrı qalmağı məsləhət idi..Hər gün bir bəhanə gətirirdi Aytac, özü istəmədən..Sonuncu bəhanəsi isə xəsdəliyi olmuşdu..Baxmayaraq ki Zaur ona başa salmışdı dəfələrlə, əgər birinin yanında xoşbəxtsənsə, boş şeydir məsafələr, çarəsiz deyil heç bir xəstəlik, önəmli deyil ətrafdakı üçüncü şəxslər..Zaur isə indi daha da sevincli idi..Vətəninə qayıdır, ən sevdiklərinin yanına..Hansı yer ki bir gün oranı gözü yaşlı tərk etmişdi Zaur..Aytacın etdikləri çox incitmişdi onu..Nə olur olsun buraxmamalıydı məni, tək qoymamalıydı..
-İnsan ən çox sevdiyiylə imtahan edilər deyirlər, səndə mənim imtahanımsan Aytac xanım..İstəsən də, istəməsən də(sakit bir təbəssüm göründü üzündə)
Səhər saat 10:00 da qayıtmalıydı..Başına gələcələrdən xəbərsiz idi halbuki ..Axşam hava alsın deyə şəhərə çıxdı..Qarşısına çıxan ilk parkda oturub Aytacı xatırladı Zaur..Və qısa bir şeir yazdı..(Sıxıldığı zamanlarda həmişə belə edərdi)

Qaranlıq gecədən, soyuq küləkdən,
Yağışlı -yağmurlu gündən qorxuram..
Qəlbimdə sənsizlik soyuğunu mən,
Sənsiz isitməkdən inan qoxuram..

Qorxuram yuxuma gəlməzsən bir də
Qəlbimdə, boşluqda qalar üç nöqtə..
Əvvəllər heç nədən qorxan deyildim..
Sənli-sənsizlikdən yaman qorxuram..

Qorxular insanı boğarmış demə,
Heç bir şey danışma, heç nə söyləmə..
Sadəcə bir kəlmə sözüm var sənə,
Səni itirməkdən hər-an qorxuram

Şeiri Aytaca göndərməydə tərəddüd etdi bir az..Mesajın sonunda Aytaca da bildirdi bunu.."Göndərməyəcəkdim..Amma sonra fikirləşdim ki yazdığım bütün şeirlərin baş qəhrəmanı oxumalıdı bunu..Gecən xeyrə).."

Kitabın Son SəhifəsiHikayelerin yaşadığı yer. Şimdi keşfedin