Sən yarımın qasidisən,
Əyləş, sənə çay demişəm.
Xəyalını göndəribdi,
Bəs ki, mən ah-vay demişəmAx! Gecələr yatmamışam,
Mən sənə lay-lay demişəm.
Sən yatalı, mən gözümə
Ulduzları say demişəm.Hər kəs sənə ulduz deyə,
Özüm sənə ay demişəm.
Səndən sonra həyatə mən,
Şirindisə, zay demişəm.Hər gözəldən bir gül alıb,
Sən gözələ pay demişəm.
Sənin gün tək batmağıvi
Ay batana tay demişəm.İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm.
Gah toyuvu yadə salıb,
Mən dəli nay-nay demişəm.Sonra yenə yasə batıb,
Ağları hay-hay demişəm.
Ətək dolu dərya kimi,
Göz yaşıma çay demişəm.Ömür sürən mən qarə gün
Ax demişəm, vay demişəm.***
Məhəmmədhüseyn Şəhriyar
«YAR QASİDİ»
***
M.H. Şəhriyarın öz səsindən. 🖤
17.04.2023