Sevgi

4 1 0
                                    

Eşq sözünün etimologiyasına nəzər salsaq görərik ki, eşq sözü ərəb mənşəli aşaqa sözündən götürülüb. Ve bir sarmaşıqdır. Kənardan, güllərin üzərinə dolanaraq sanki onları boğurmuş kimi nəzərə çarpır. Amma günəşin zenitdə yəni, ən təpədə olduğu zaman bütün gülləri, bitkiləri yandırıb məhv edəndə, həmin sarmaşıqda  gülləri sardığından yanıb kül olur. Amma təkcə onun sarıldığı gül bir tək sağ qalar. Bəzəndə gülü sevdiyindən o qədər çox sıxar ki, nəticədə gül nəfəs almayıb məhv olar. Yəni bizim kənardan gülə əziyyət verdiyini sandığımız həmin sarmaşıq əslində gülü məhv olmaqdan qoruyurmuş. Bax eşq elə budur bəzən insanları bir çox bəlalardan qorur, bəzən də insanı çox istədiyindən o qədər sıxar ki, insan boğularaq məhv olar. Allahın(c.c) bizə verdiyi və kənardan bizə işgəncə kimi göründüyü bəzi çətinliklər bizləri sevdiyindən irəli gəlir.Eşq insanın içindəki bir cövhərdir. Kimi onu yaşadar, kimidə sadəcə onu və özünü məhv edər.

"Sevgi" gözəl söz olmağı ilə yanaşı, eyni zamanda gözəl və ülvi hissdir. Sevgisiz insan yaşaya bilməz. Çünki, insanı bu həyata bağlayan Allaha olan sevgi hissidir. Və ən önəmlisi də elə budur. Sevgi təkcə qadınla, kişi arasında olan bir hiss deyil. Bu hiss bütün aləmdə olan hər şeyə qarşı bəslənilə bilər. Sevgi insanı həm yaşada həmdə məhv edə bilər. Bu hissi də idarə edən bizim malik olduğumuz şüur ve iradəmizdir. Əgər bizlər bu keyfiyyətləri düzgün idarə edə bilməsək, onda bu hissi də idarə edə bilmərik.

Sizə qısa bir əhvalat danışım.

Adil adlı, çox varlı bir insan olur. Amma imkanlı olmasına baxmayaraq insanı keyfiyyətləri aşağı olur. Və onunla yaxınlıq edənlər isə onun puluna görə münasibət saxlayırlar. Adil evli olmasına baxmayaraq, gözü həmişə başqa qızlarda olardı. Ve bundan da onun həyat yoldaşının xəbəri var idi. Bir gün həyat yoldaşının rəfiqələri ona belə bir sual verirlər. Sən ərinin xəyanətinə necə belə səssiz dayanırsan axı? O bu suala belə cavab verir. Mən Adili çox sevirəm. Mənim hər istədiyimi edir, hər şeyimi alır və məni çox sevir. Kişidirdə, kişi gəzər tozar və evinə geri dönər. Burda bu qədər böyüdüləcək heç nə yoxdur.

İndi siz yəqin ki bu əhvalat da sevginin nəyə qarşı olduğunu çox gözəl anladız. Pulu olsun başqa nə edir etsin. Əgər Adilin pulu olmasaydı bu qadın buna göz yumardı? Məncə yummazdı. Yəqin ki, sizdə Adilin bu hərəkətinə həyat yoldaşından fərqli olaraq xəyanət adı verirsiz. Bəs onda xəyanət nədir? Xəyanət təkcə qarşındakı insanı aldatmaqdan ibarət deyil. Eyni zamanda onun qürurunu və mənəviyyatını alçadmaqdır. Ve bunu edən kişidə necə öz həyat yoldaşının alçalmasina göz yuma bilər axı. Sizcə bu kişilikdir? Və bunu bağışlamaq olarmı? Məncə olmaz. Amma nədənsə kişinin xəyanəti daha çox hallarda bağışlanır. Axı niyə? Pulu var diye, yoxsa uşaqlarımın atasıdır. Bax elə bu dünyanın sərvətinə, gpzəlliyinə aldanan insanlar Allahın(c.c) onlara bəxş etdiyi bu qədər nemət varkən, insanlar ona(c.c) şükür etmək əvəzinə bu dünyadakı keçici şeyləri sevirlər. Bax ən böyük xəyanət elə budur. Allaha(C.C) xəyanət edən bir insan onun(c.c) yaratdığı insanlara da çox rahat bir şəkildə xəyanət edə bilər. Allaha xəyanət edən bir insandan, mən başqa bir şey gözləyə bilmərəm. Bəli razıyam hər insana bir şans vermək olar. Allah bunu edən yerdə axı biz kimik. Amma bunu anlamayan şəxs demək öz övladlarında düşünmür və sevmir.

"Həyatda çalışın şərəfinizlə pul qazanın, pul ilə şərəf yox. Çünki bir gün pulunuz bitəndə, şərəfinizdə getməsin deyə".Elə bu cümləyə bənzər bir şeydə deyim ki, çalışın bu dünyada dünyanızla dünyanı deyil, axirəti qazanasız.

İndi bizlərdə çalışmalıyıq ki, pul ilə sevgi yox sevgi ilə xoşbəxtlik qazanaq. Bax onda həyatda əsil zinəti əldə edə biləcəyik.

Hz. Yusifin(ə.s)  xəyanətə dair gözəl kəlamı var. "Xəyanət əhli aşiq ola bilməz!"

Bəli qəlbində xəyanət olan insan heç bir zaman aşiq ola bilməz. Çünki o, sevdiyinə aşaqa kimi sarılıb onu qoruya bilməz. Axı o xəyanətkardır.

Əgər siz öz sevginizi xəyanətə düçar olaraq onu məhv etmirsizsə, onda o sizi məhv edəcək. Axı mən əvvəldə demişdim, sevgi insanı həm yaşada, həmdə məhv edə bilər.

Bəzi insanlar sevməklə xoşu gəlməyi eyni tərzdə anlayırlar. Bir gün bir müdrikə onun tələbələri bu haqda sual verirlər. Və müdrik buna belə cavab verir. Təsəvvür edin bir güldən xoşunuz gəlir və onu dərib götürürsüz. Maksimum suya qoyursuz. Amma bir neçə vaxtdan sonra gül öləcək. Sevgi isə o, gülü ordan qopartmaz ki, hər zaman yaşasın və hər zaman sağ qalsın. Bax sevgi budur.

Xəyanətə döndükdə isə bunu demək istəyirəm ki, cəmiyyətimizdə niyə qadının xəyanət etməsi, kişinin xəyanət etməsindən daha çox qınanır və bağışlanmır. Məni yanlış anlamayın dediklərimə görə. Nə demək istədiyimi anlayacaqsız. Dində kişinin qadından artıq olmasını təsdiqləyir. Amma bu o anlamına gəlmir ki, kişi qadına əzab verə bilər, onu hər şeyə görə döyə bilər, xəyanət edə bilər. Xeyr bu belə deyil. Kişi ilə qadın insani keyfiyyətlərə və hüquqlara görə bərabərdirlər. Bunu başqa istiqamətdən qələmə vermək və dinin adından bu çirkinliklərdə istifadə etmək olmaz! Qadının xəyanəti kimi, kişinin də xəyanəti eyni səviyyədə qarşılanmalıdır. Bizlər hər zaman doğru ilə yanlış arasında fikir ayrılığı yaşayırıq və bunu tam olaraq ayıra bilmirik. Müəyyən şeyləri özümüzə haqq qazandırmaq üçün onun ətrafında müəyyən fəlsəfələr yaradırıq. Əgər bir kişi qadınının təmiz olmasını istəyirsə inanın ki, bir qadında onu istəyir. Axı qadında bir insandır və ən əsası da bir anadır. Qadın bu dünyaya gəldiyi andan etibarən analığı öz çiyinləri üzərinə götürüb. Bunu balaca qız uşaqlarının öz oyunlarında kuklalara göstərdiyi ana sevgisindən də gözəl görmək olar. Atalar demişkən, özünə rəva bilmədiyini başqasına rəva bilmə.

Qaldı ki, xəyanətdə günahkar axtarmaq. İndi xəyanətə səbəb olan nüansları açiqlamayacam. Çünki nə olursa olsun bu edilməməlidir. Ay həmin sevgini, axtardığı hissi onda tapa bilmir. Başqasın sevir və.s. əgər bunlar varsa ədəblə, hörmətlə ayrılmalıdır. Bu öz yerində.

Günahkara gəldikdə isə, bunu deyə bilərəm ki, günah hər iki tərəfdə də var. Həm xəyanət edən, həm də xəyanətə düçar olanda. Qadın yolun azmışsa, kişinin ağlına nə gəlib. Və ya tam əksinə.

Əvvəl dediyim kimi, bunlar hamısı bir bəhanədir. Bu iki insanı da pozan onların zəif düşdüyü iradələri və nəfisləridir. Və bununda çox faizi pulun üzərində dayanır. Görürsüz bu pul necə sağalmaz bir xəstəlikdir. Mənim fikrimcə insan övladının ilk düşmənlərindən biri də elə puldur. Çünki, bu həyatda hər şey onun uğrunda baş verir. Bununda qarşısını ancaq ağılla almaq olar. İngiliscə belə bir cümlə var. "You mind is your best weapon". (Sənin ağlın, sənin ən yaxşı silahındır.)

Hz. Əli (ə.s) gözəl bir kəlamı var. "qadının qısqanclığı inamsızlığından, kişinin qısqanclığı isə, qeyrətindən irəli gəlir".

Xanımlar, bəyləriniz sizi sevib, dəyər verdiyi üçün qısqanır inanmadığı üçün yox. Sizlərdə, çalışın ki, sevginizi qısqanclığ ilə yox inanmağla bildirəsiz çünki sizin qısqanmağınız sevgi deyil, inamsızlığdır. Misalçün yoldaşınız (qadınlara aiddir) sosial şəbəkə istifadə edir və şəkillərini paylaşır. Bir təsəvvür edin sizin yoldaşınız şəkil paylaşmasa onu başqa qadınlar görə bilməz?! və ya kimləsə onla münasibət qurmaq istəsə başqa yerdə yəni realda bunu edə bilməz?! əlbətdəki edə bilər. Yəni bunlar qadının şeytanın vəsvəsəsinə uyaraq baş verən ailəvi problemlərdən biridir. Qadın kişinin qeyrətidir, kişi qadının yox. Bunu cəmiyyətdədə görürük.  Son olaraqda ayrılıq haqqında bəhs edib bu mövzunu yekunlaşdıracam. Bir insan öz sevdiyindən hər hansı bir səbəbə gprə ayrılır. Və çox üzülür ki, Allahım niyə bizi qobuşdurmadın və ya o, niyə axı məni sevmədi flan. İndi bir düşün sənin əlində olsaydı bu sevgini qəlbindən söküb almazmıydın? Əlbətdəki alardın. Eee.... Allah(c.c)-da söküb almış. Sənin qəlbin sevilmiyəcək, haqq edilməyəcək, bir günah yeri sevirdi, Allah(c.c)-da onu səndən alıb əzab çəkməydən xilas etdi. Niyə? çünki,  aləmlərin rəbii Allah (c.c) səni sevir və sənə dəyər verir. Bu qədər sadə və gözəl.

Həyatın yaşam fəlsəfəsiHikayelerin yaşadığı yer. Şimdi keşfedin