3

197 40 80
                                    

|Salam

_

Evə girdiyim anda açıq çəhrayı rəngli T-shirt və ağ rəngli bol şalvar geyinən oğlan və anam süfrədə məni qarşıladı. Bu evdə nə baş verir?

"Ana? "

"Xoş gəldin oğlum, keç otur"

Maraq dolu baxışlarla süfrəyə keçdim və barmaqları ilə oynayan oğlanın düz qarşısında oturdum. Görəsən qohumlardan biri idi?

"Bu bəy kimdi? "

"Tanış ol balam, adı Əlidir... Sənin... "

Anam dərin bir nəfəs aldı və oğlanın saçlarından öptü.

"Mənim? "

"Qardaşın... "

"Anlamadım?! Nə danışırsan sən!? "

"Ay oğul elə yox"

"Necə yəni yox!? "

Anama qışqırmamaq üçün özümü sıxırdım. Bu qadın nə danışır belə!?

"Qışqırmayın Şərifə xalaya... Övladlıq alıb məni"

"Ana! "

Səbir kasam artıq dolmuşdu. Ona görə özümü saxlaya bilməyib səsimi yüksəltdim. Səsim bütün evdə əks-səda vermişdi.

"Qışqırma ay oğul, niyə əsəbləşirsən?"

Düz oğlanın gözlərinin içinə baxdım və sözə başladım.

"Ana! Mən arvad kimi geyinən qardaş istəmirəm. Hələ ögey heç istəmirəm! "

Sürətlə pilləkənləri çıxdım və qapını çırpdım. Bilirəm bəlkə uşaq kimi davranırdım amma anamın sevgisini məndən başqa birinə verməsini istəmirdim, həm də geyimindən necə bir pox olduğu bəlli idi, mənim kimi homofobik biri ona tab gətirə bilməzdi.

Gecə saat iki idi.

Amma mən hələ də yata bilmirdim. Bəlkə əlli dəfə otağı aşağı yuxarı fırlanmışdım.

Görəsən indi qovum?

Həm istidir hava. Çox da fikir verməzlər çöldə ona.

Yavaş-yavaş qapını açdım sonra asta addımlar ilə anamın otağına yaxınlaşdım.

Ehmalca qapını açdım və anamın o oğlan ilə söhbətləşdini gördüm.

"Xala... "

"Oğlum! Bir də mənə xala desən qulağını çəkərəm ha sənin"

Anam yalançı əsəb ilə uşağın qulağını tutmuşdu.

"Amma oğlunuz narahat oldu"

"Fərhad? Əşi o öyrəşəcək. "

Nə? Mən? Heç vaxt!

"Elə görünməyinə baxma. Çox yaxşı uşaqdır. Oğlumdur deyə demirəm, qoçaq oğlandır. Mikayıl öləndə on beş-on altı yaşı var idi. Başını əymədi dəstək oldu mənə"

Anam Əlinin saçlarını sığalladı.

"İsinəcək sənə, yoluna get. Narahat olma. Bax söz verirəm sənə, Fərhad sənə ata qayğısı göstərəcək. Gör necə əsəcək üstünə"

"Həqiqətən? "

Uşağın gözlərindən işıq saçırdı. Hər halından bəlli idi ki, sevgiyə acdır.

"Əlbəttə"

-Venera꙳

KİÇİK QARDAŞ |B×B|Hikayelerin yaşadığı yer. Şimdi keşfedin