4

168 28 43
                                    

|Salammm ><|
_

S.O.S

Fərhad
.

_

Qrupda mesaj atmağımdan təxmini on dəqiqə keçmişdi və artıq qapımız döyülürdü.

"Oğlum, Emilgil gəlib"

Eşitdiyim səs iki pilləkənləri iki-iki düşərək aşağıyan endim. Tək bir mesaj ilə beş nəfər qapıma gəlmişdi. Belə dostları başqa heç yerdə tapmaq mümkün olmazdı.

"Xoş gəlmisiniz"

"Sağol, söhbət nədir? "

"Həyətə çıxın, gəlirəm"

"Aha"

Emilgil həyətə çıxdı mən isə yenidən yuxarı çıxdım və Əlinin otağına girdim. Qapını yavaş-yavaş açdım və ağlaya-ağlaya test işləyən oğlanı gördüm.

Otaqda olduğumu bəlli etmək üçün yalandan öksürdüm.

"Q-qardaş? Gəlin i-içəri"

Gözyaşları kitabçanı islatmışdı.

"Yox, mən gəlmirəm. Sən çıxırsan çölə"

Gözyaşlarını sildi və yazıq-yazıq mənə baxdı.

"Axı getməyə yerim yoxdur"

"A bala, elə demirəm e. Yəni deyirəm ki, həyətə düşək. Səni dostlarım ilə tanış eləyəcəm."

"Məniii"

"Ayb-, nəysə. Üstünə normal nəsə geyin gəl. "

"Bunlarda normaldır axı? "

Açıq bənövşəyi dizə qədər olan short və qarnına qədər zorla çatan ağ t-shirt? Budur normal?!

"Dedim geyin deməli geyin! "

"Paltarıma qarışmayın! "

Əsəbdən yumruğumu sıxırdım. Mən də belə idim balaca vaxtı görəsən? Bir dəqiqə e, 18 yaşım olanda mən ailə dolandırırdım bu isə məni dolayır.

"Əli! Əsəbləşdirmə məni! Dostlarımın yanına əməlli-başlı geyin gəl!"

Ağzını açıb danışacağı an otaqdan çıxdım və qapını çırpdım. Sonra isə yüksək səslə dedim.

"TEZ OL! "
_

Həyətli ev ən yaxşısı idi.

"Ayə, önəmli məsələ nədir e? "

"Kimin haqqındadır? "

"Əlinin"

"Ooo deməli məşhur Əli ilə tanış olacağıq. "

"Gəlib çıxa bilsə. "

"Gəldimmm"

Arxaya çevriləndə bayaqkindən daha qısa açıq mavi short və ağ üzərində sarı bir neçə dənə şar təsvir olunmuş crop geyindiyini gördüm.

"SƏN MƏNİ İNFARKT EDƏCƏKSƏN?! "

Səsimin bu dərəcə yüksək çıxmasına özüm də təəccübləndim açıqcası. Amma oğlan nədir crop nədir!

"Qışqırma ə gıjdıllaq, qorxutma uşağı"

Zamiq ayağa durdu və Əli ilə əl görüşdü.

"Məmnun oldum Əli, adım Zamiqdir. Sən fikir vermə bu ayıya"

"Vermirəm onsuzda"

Dediyi söz ilə başımı onlara çevirdim. Əlinin əli hələ də Zamiqin əlləri arasında idi. Çünkü Zamiq hər zaman iki əlli görüşürdü.
Əli isə başını aşağı salıb gülümsünürdü.

"Öhm! "

"Zamiq nəsə, oturun görək məsələ nədir"

Yaxşı ki, Emil var idi.

Hamı masanın ətrafına oturdu və diqqətlə məni dinləməyə başladılar. Bir dəqiqə Zamiq niyə Əlinin yanında oturmuşdu? Nəysəm, bu sonrakı işdir.

"Söhbət Bəhram haqqındadır"

O şərəfsizin adı çəkildiyi anda Əlinin üzündəki təbəssüm silinmişdi. Və sanki masadan qalxmaq üçün bəhanə axtarırdı.

"Ç-çay gətirim!"

"Otur aşağı. "

Qalxıdğı kimi aşağı oturmuşdu.

"Demək belə, Bəhram bu aralar Əliyə çox sataşır."

"Y-yox! Sataşmır! "

"Əli, biraz səbirli ol. Görək Fərhad nə deyir. "

Zamiq əlini indi də Əlinin çiyininə atmışdı. Yox dəqiq əsəbdən partlayacam. Bir dəqiqə e? Mən niyə əsəbləşirəm ki?!

"Keçən dəfə Əlini narahat edib. Akif dedi mənə də. O uşağın işini tez həll etməliyik."

"Özüm həll edərəm"

Gözaltı ona baxıb söhbətimə davam elədim.

"Onsuzda qorxaq peysərdi. Gözünü qorxutsaq əl çəkəcək"

Zamiq Əlinin əlini tutub ürəyinin üstünə apardı.

"Baş üstə! Sənin Əlin bizim Əlimiz"

Əli başını önə əydi və alt dodağını dişlədi. Bir də utanır?

"Zamiq sənöl səni sikə-sikə öldürərəm"

"Ooooo həri Fəri"

"Sabit sus"

"Oldu sevgilim"

Sabitin cavabı ilə Əli sürətlə başını yuxarı qaldırdı. Üzündə şok olmuş bir ifadə var idi.

Əslində haqlıydı. Mən də ilk dəfə öyrənəndə iki ay danışmamışdım onlarla.

"Necə? "

"Hə biz yönlü tanış olmadıq da. Mən Sabit, bu şəxs də Afroditanın oğlan forması olan sevgilim Orxan"

"Sən Afroditanı hardan tanıyırsan ki?"

"Aydaa... Pox yedim danışdım da"

Uşaqlar bu mənasız söhbətə gülüşdülər. Bunların axrı hara gedirdi axı?

_

|Nabey|

-Venera꙳

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 24 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

KİÇİK QARDAŞ |B×B|Hikayelerin yaşadığı yer. Şimdi keşfedin