1."QARA MƏLƏK"

166 21 12
                                    

Başımdan aşağı tökülən soyuq suyla gözlərimi açdım. Boğazım qurumuşdu və udquna bilmirdim.

Aclıqdan bulanan ürəyimə başımın ağrısı qarışırdı.

"Keçən dəfə yeddi gün dözmüşdün, bugün səkkiz gün. İrəliləyiş var" deyən tanış səs eşitdim.

Danışan liderimiz idi. Mənə amansız işgəncələr edən, əzələli və iri bədəniylə diqqət çəkən, mənimki qədər olmasa da, qara gözlü, əsmər tənli İmran Kazımov.

Başımı yavaşca yuxarı qaldırdım. Otaqda olan üç nəfər diqqətlə mənə baxırdı.

Başımı yenidən aşağı əydim. Səkkiz gündür yemək yemədiyim və su içmədiyim üçün huşumu itirmişdim.

Huşunu itirən birini soyuq suyla oyatmaq gözəl fikir deyildi, lakin İmran Kazımovdan başqa üsul gözləmirdim.

Mənə uzadılan suyu kimin uzatdığına baxmayaraq aldım və içdim.

Ardıyca beş stəkan da içdiyimdə özümə gəlmişdim.

"Özünü necə hiss edirsən? "- deyə doktor Vəfa soruşdu.

"Ac"- dedim.

Gülümsədi. "Yeməyin hazırdır. İstəyirsənsə, əvvəlcə paltarını dəyiş, qurulan, sonra yeməyini ye" dediyində başımı sallayıb yavaşca ayağa qalxdım.

Bu otaqda ilk qalışım deyildi, dəfələrlə ac-susuz saxlanılmışdım.
Birinci dəfə üç gün dözə bilmişdim. Özümə gəldikdə isə xəstəxanada idim. Sonra dörd gün, beş gün, altı və bu dəfə də səkkiz gün.

Otaqda iki qapı var idi. Biri çıxış qapısı, digəri də tualetə açılan qapı.
İçində su olmayan tualetin qapısına baxdıqdan sonra çıxış qapısını açıb otaqdan çıxdım və öz otağıma getdim.

Hamamda olan işimi həll etdikdən sonra otaqdan çıxdım və oturma otağına getdim. Hər kəs yemək masasının arxasında əyləşmiş, məni gözləyirdi.

Heç bir şey demədən mənim üçün ayrılan stulda əyləşdim və yeməklərdən qabıma doldurub iştahla yeməyə başladım.

Yeməyimizi yeyib bitirdikdən sonra həmişə plan qurduğumuz -onların qurduğu mənimsə daxil edildiyim- otağa keçdik.

Bura keçdiksə, qurbanımız var demək idi və qurbanı kim öldürəcək?

Təbii ki, sən, Mələk!

Üç aydır burda idim və çəkmədiyim işgəncə qalmamışdı. Hər dəfə "bundan betəri ola bilməz" deyə düşünürdüm, amma yanlış düşündüyümü tez bir vaxtda anlayırdım.

"Səhərki hədəfimiz narkotik alverilə məşğul olan Elgün Əsədullayevdir. Elgün digər narkotacirlərə oxşamır. Xarici dövlətlərlə əlaqəsi var. Rusiya, Amerika, İran və başqaları. Yəni yaxşı qorunur. Polis onu həbs edə bilmir, çünki əllərində sübut yoxdur. Ətrafında olan cangüdənlər diqqətlərini çəkir, amma dediyim kimi əllərində sübut yoxdur" dedi Mr. İmran.

"Bizdə var" dedi hacker Kərəm.
"Bizdə var, amma bildiyiniz kimi biz onu polisə verməyəcəyik. O öləcək. Əlimizdəki sübutları onun itlərinin əl-ayaqlarını qırmaq üçün istifadə edəciyik" dedi Mr. İmran.

"İmran, qoy Səda bir az dincəlsin. Güc toplasın, yeni özünə gəlib"

"Həmişə eyni sözləri deyirsən, Vəfa. Dincələ bilməz, çünki səhər İrandan Azərbaycana yük maşını ilə narkotik gətiriləcək. Ticarətdən əvvəl Elgünü ələ keçirib ticarətin qarşısını alacağıq. Sonra da öləcək. Necə öləcəyi isə Sədanın bacarıqlarından asılıdır" dedi Mr. İmran.

KABUSUN QIZI (KİTAB OLACAQ) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin