Bölüm 6

44 5 4
                                    


                                                                                   AİLƏ......


 Ailəniz gecə saat 01.47 iradələrində maşın qəzasında həyatlarını itiriblər sadəcə qardaşınız sağdır.


Bu cümlə beynimin içində dəfələrlə təkrarlandı. Sözləri dərk etməyə anlamağa çalışdım. Sanki  böyük bir müharibənin içərisində yanlız , tək , kimsəsiz qalmışdım.Artıq ailəm yox idi. Məni və qardaşımı qoyub getmişdilər.Onlar heç bir zaman dönməyəcəkdilər.


Polisə nə deyəcəyimi bilmədim.  Nə etməli idim bilmirdim.



                                                                         5 həftə sonra


Neçə vaxtdır o şəxsdən mesaj gəlmirdi.Pəncərənin kənarında dayanıb isti çayımı içə-içə küçəyə baxırdım.Qış ayı olduğu üçün hava çox soyuq idi. Qar sanki hər şeyi ört bastır etmək istərcəsinə hər yeri bürümüşdü və bu insana hüzur verirdi.Ağappaq yağan qarın keçmişdəki pis xatirələri unutdurduğunu düşünərdim hər zaman , ancaq bu fikrin doğru olmadığını yaşayaraq anladım. Heç gözləmədiyim anda qapı döyüldü saat gecə on iki olduğu üçün kimin gələ biləcəyini düşündüm və içərisindəki çayı yarısına qədər içdiyim fincanı pəncərənin kənarına qoydum. Yavaş addımlarla qapıya yaxınlaşdım, qorxaraq qapını aralayıb baxdıqda heç kəsin olmadığını gördüm. Gözüm yerdəki daşın altına qoyulan kağıza ilişdi. Ətrafıma bir daha baxıb kiminsə olmadığına əmin olduqdan sonra əyilib kağızı daşın altından götürdüm.Qapını örtüb otağıma getdim.  İşığı yandırdım. Kağızın üzərində nə ad nədə başqa bir yazı yox idi. Kağızı açdım və işərisində yazılanları oxumağa başladım.


''Bəlkə də bəzi sirlərin açarı göz qabağındadır.

Bəlkə də axtardığın insan gözünün önündədir.

Jasmin haqqda nəsə bilmək istəyirsənsə bəlkə də sənə kömək edə biləcək Jasminə aid olanlardır.''

Bunun nə mənaya gəldiyini anlamağa çalışırdım. ''Bəlkə də axtardığn insan gözünün önündədir.'' Axtardığım insan Jasminin qatili idi və bunu yazan şəxs qatilin gözümün önündə olduğunu söyləyirdi. ''Jasmin haqqda nəsə bilmək istəyirsənsə bəlkə də sənə kömək edə biləcək Jasminə aid olanlardır.'' Anladığım qədəriylə Jasminə aid olan bir şey lazım idi mənə bir əşya bir yazı və ya başqa bir şey.

Uzun müddət bu sözlərin nə mənaya gəldiyini düşündüm , və Jasminin o səssiz , kimsəsiz ,  qaranlıq evinə getmək qərarına gəldim . Ancaq məndə evin açarının olmadığı ağlıma gəldi. Bir neçə dəqiqə evə necə girə biləcəyimi düşündüm. Sonra  arxa həyətdəki şüşəbəndin qırıq olduğu yadıma düşdü. Jasminin evinə arxa həyətdəki qırıq şüşəbənddən girəcəkdim. Telefonumu  masadan alıb otaqdan çıxdım. Evdən cıxıb qapını kilidlədikdən sonra evimin yanındakı evə baxdım yəni Jasminin evinə. Təxminən on beş addım sonra  Jasminin evinin önündəydim....

Jasmin....Hikayelerin yaşadığı yer. Şimdi keşfedin