Yaşanılan acılar 💔

62 5 7
                                    


     İnsanlar fərqlidir, fərqli görünüşlü çiçəklər kimi,eyni görünüb fərqli olan ulduzlar kimi,təkrarlanan gecə və gündüzlər kimi.Yəni insanlar eyni görünsələr də xislətləri fərqlidir.İnsanların xislətlərinin fərqliliyi kimi yaşayışları da fərqlidir.Bəzən insanlar ruhsuz cisimləri ilə yaşayırlar.Bu hekayədəki qəhrəmanlar da belə insanlardandır. Onların belə yaşamasının çox acı bir tarixçəsi var.
      Azərbaycanda müharibə odunun alovlandığı dönəm idi.Müharibə-hər şeyi məhv edən o müharibə, bütün qəlblərdəki sevgini nifrətə çevirmişdi.Hətta əsən külək belə nifrətlə əsirdi.Müharibənin acısını udulan havadan,toxunulan bütün varlıqlardan hiss etmək mümkün idi.Həmin vaxt yağan yağışlar sanki insanların quruyan göz yaşları idi.
   Mən müharibəni cəhənnəm kimi görürəm.Çünki bu dünya Allah tərəfindən bizə bəxş edilmiş bir cənnətdir, müharibə isə bu cənnətin içində yerləşən cəhənnəmdir. Azərbaycanda baş verən müharibəni-cənnətin içindəki cəhənnəm adlandırsam yalan olmaz.
     Müharibə bütün xalqlar üçün dəhşətli,qorxuducu bir hadisədir.Müharibədən kimə xeyir gəlib ki?.Heç kəsə,əksinə hər kəsə ziyanı dəyib.Ölkələrin iqtisadi gücü zəifləyib,şəhərlər dağıdılaraq viran qoyulub, insanlar isə bir dəniz yarada biləcək qədər göz yaşı töküblər.Bununla belə müharibə onların qəlbində sağalmayacaq yaralar və dərin izlər qoyub.Müharibənin ən böyük zərbəsi isə uşaqlara dəyib.Çünki onlar bu dünyanın ən təmiz,ən pak varlıqlardır.Axı onlar nə bilir müharibə nədir?Düşmən nədir?Gəl sən bunu amansız düşmənə izah et.İzah et ki,o uşaqdır,o sənin tükürpədici işlərindən,kimliyindən xəbərsizdir.Ona zərər vermə,həyatını alt-üst etmə.
     1982-ci ilin yaz ayında Zəhra adlı bir qız gəlir dünyaya.Bu qızın gəlişiylə bütün ailə sevinc içində olur.Zəhra evin ilk göz nuru olur.Ailədə hər kəs onu çox sevir.Zəhra Qarabağda dünyaya göz açır.Zəhranın nənəsi və babası da onlarla bir evdə yaşayırdı.Zəhranın ailəsi çox gözəl idi,onu sevgi və qayğı ilə böyüdürdülər.Sözsüz ki,sevgilə böyüyən bir uşaq cəmiyyət üçün faydalı,vətən üçün xeyirli,ailə üçün gözəl övlad,gələcəyi parlaq olan bir gənc demək idi.Ancaq Zəhra və onun kimi neçə-neçə uşağın gələcəyi sual altında idi.Çünki həmin vaxt Azərbaycan müharibə dövrünün astanasında idi.
    Olacaqlardan xəbərsiz məsum azərbaycanlılar gecənin qaranlığında, şirin yuxular içində yatan zaman amansız düşmən zirehli texnikalarla sivil insanları hədəf alaraq evlərini bombardman etdi.Bu dəhşətdən qaçmaq istəyənlər düşmən gülləsinə qurban getdi.Neçə-neçə əlyalın, günahsız insan ümid yoluna tərəf gedən zaman,tanklar altında qalaraq tanınmaz hala düşdü,faciəyəli və işgəncəli şəkildə öldürüldü.Tuşlanan silahlardan,qulaqlarda cingildəyən fəryad, ah-nalə səsindən, düşmənin şeytana oxşar üzünü görüb, ona əsir düşməkdən qorunmaq üçün yazıq insanlara təhlükəsiz bir sığınacaq lazım idi.O an üçün ən yaxşı sığınacaq zirzəmi idi. Zirzəmilərə sığınan insanlar bu dəfə də düşməndən qurtula bilmədilər.Düşmən onların yerini aşkarlayaraq, onları olduqları yerdəcə diri-diri yandırdı.Daha sonra bir ata ilə qızı erməni əsgərlərinə əsir düşdülər.Erməni komandiri əlində benzin və kibrit ilə onlara yaxınlaşdı və dedi:
-Əgər sən "Qarabağ ermənilərindir" "Bura böyük erməni torpağıdır"desən səni və qızını azad buraxacayıq.Əks halda səni qızının gözü qabağında diri-diri yandıracağıq.Təbii ki,əsir onun bu arzusunu ürəyində qoydu və belə dedi:
-Qarabağ heç vaxt ermənilərin olmayıb,olmayacaqda.Qarabağ əzəli Azərbaycan torpağıdır və belə də olacaq.Qarabağ Azərbaycandır.Bu sözlər erməni komandirinin düz sinir sisteminə işlədi.O,yenə təkrar etdi:
-Sonuncu dəfə deyirəm de ki,"Qarabağ ermənilərindir"özünə yazığın gəlmir heç olmasa qızına yazığın gəlsin.Əsir yenə dediklərini təkrar etdi:
-Qarabağ bizimdir.Qarabağ Azərbaycanındır.
Erməni komandiri bu dəfə bərk əsəbləşdi və benzini əsirin üstünə tökərək onu qızının gözü önündə diri-diri yandırdı.Hətta bunula öyündü belə:
-Qoy hər kəs görsün və bilsin "Qarabağ böyük "ermənistan"torpağıdır".Tanrı bu dünyadakı hər şeyi "erməni xalqı"üçün yaradıb.Uca Tanrı"böyük erməni xalqını"qorusun...

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jan 23 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Cənnətdəki cəhənnəm Hikayelerin yaşadığı yer. Şimdi keşfedin