Və mənim qəlbim qırıldı. Yenə.

57 3 10
                                    

Salam hər kəsə! İllər sonra yenidən burada nəsə yazmaq çox həyəcanvericidir. Sevinc hissi ilə bildirmək istəyirəm ki, köhnə qəhrəmanlar və əlavə olunmuş yeni qəhrəmanlar biz hamımız birlikdə qayıtdıq. Kitabı yazıb bitirmişəm deyə bölümlərdə gecikmə olmayacaq.  Şəbnəm üçün darıxanları bu kitabda da gözləyirəm!



Həyatımızı gözəl edən şeylər nə idi? Sehirli toxunuşlar, gözəl anlar, gülərək xatırladığınız hadisələr. Hər zaman bunları düşünürük. Mən də belə düşünürdüm. Geridə qoyduğum 3 ilin ardınca baxanda ise həyatımı gözəl edən şeylərin sadəcə bunlardan ibarət olmadığını görürdüm.
Sehirli nağılımdan çıxıb ağ atlı şahzadəmi gözləməyin başını buraxandan işlər heç də istədiyim kimi getməmişdi. Ancaq artıq emin idim, ağ atlı şahzadəmi gözləməyəcəkdim. Özümə ağ at alacaqdım. Və şahzadədən istediyim tək şey mənim üçün mübarizə aparması idi. Nə ağ at, nə yatdığım yerdə məni oyatmaq üçün məndən icazəsiz məni öpməsi, nə də bir qaladan xilas etmək üçün saçlarımı məhv etməsi idi.
Gözəl xatirələrdən bəhs etmişkən, universiteti bitirib mantiyamın papağını havaya atandan sonra onu tapa bilməmişdim. Mən də xatirə qalması üçün yerdən başqa bir papaq götürdüm. Mənim olmadığını bilsəm də həmin gündən gözəl bir xatirə idi. Həmin gündən bir digər xatirəm bütün qızların məndən xəbərsiz bir yerə getməsi idi. Pis olmuşdum. Ancaq evə gələnde ana atamın təbriki, bir-neçə gün sonra isə rəfiqəmlə keçirdiyim gün sevmədiyim qrup yoldaşlarımla bir yerə getməkdən daha yaxşı olmuşdu.
Və sonrasında iş tapmağa çalışmaq. Dəfələrlə cv göndərmək, cavab almamaq, çağrıldığım yerlərden sonradan atamın köməyilə çağrıldığımı öyrənib geri qayıtmaq, bunların hamsını geridə qoyub orta səviyyəli bir kursda müəllim olaraq çalışmağa başlamışdım. Maaşım çox deyildi, iş yerim mükəmməl sayılmazdı. Ancaq hər gün evdən işimin arxasınca gedib ayın sonunda maaş gözləyib planlar qurmağı sevirdim.
Və bəzən həyatıma "bir-birimizə şans verek" adıyla girən adamlar. Deyəsən heç birini xatırlamaq istəmirəm. Çünki qəlbimi qırmalarına icaze vermədən həyatımdan çıxarmışdım onları.
Son vaxtlar en sevdiyim məşğuliyyetim uzun-uzun piyada gezmek idi. Əlimde olsa bu balaca şəhəri o başından bu başına kimi piyada gəzərdim. İllərcə hər yerə sürücüylə gedib gəldiyimə inana bilmirəm bəzən. Axı şəhərdə gəzməli görməli bu qədər yer var imiş.
Həyatımda heç vaxt unutmayacağım xatirələrin başında ise toyum, toyumdan qaçmağım, qaçmağım üçün məni həvəsləndirən hadisələr ve toyundan qaçdığım üçün mənə əsəbi olan bəy əvəzinə qəlbimi daha şiddetli qıran başqa bir adam dayanırdı.
İşlər heç də ürək açan deyildi. İnsanlara özümü qəbul etdirmek, toydan qaçsam da normal insan olduğumu inandırmaq çətin idi. Toydan sonra Arzuyla ciddi dost olmuşduq. Qızlar Arzunun adının yaxşı hallanmadığını mənim də ona qoşulub toydan qaçdığımı düşünürdülər. Ona görə universitetin son bir ilini onların məni özlərindən kənarlaşdırmaları ile keçirmişdim. Ancaq çox da vecime deyildi. Bəzən pis olurdum. Hüseynlə evlenmiş olsam başıma fırlanacaqdılar, nişanlıyken toyuma gəlmək üçün etdiklerimi kimi. Ona göre pis olduğum anlarda bu ikiüzlülüklərini xatırlayıb özümə təskinlik verirdim.
Dəli cəsareti ile etdiyim bir şey bütün heyatımı dəyişdirmişdi. İşlər çətinləşmişdi, hər kəs mənim haqqımda fərqli bir şey düşünürdü, indən belə necə olacaq bilmirdim. Bəzən qorxub ürkdüyüm olurdu. Ancaq Hüseynlə evlənmədiyim üçün heç peşman deyildim.
Bu düşüncələri hər zaman yeriyərkən düşünürdüm. Ona görə yerimeyi sevirdim, ancaq yol kənarında yanımdan insanlar, cütlüklər, maşınlar, uşaqlar keçərkən ağlımda o sual heç vaxt meni tek qoymurdu. Bəs indi nə olacaqdı?
Mən bir də kiməsə güvənə biləcəkdimmi?
Kimisə sevə biləcəkdimmi?
Və ən əsası xoşbext ola biləcəkdimmi?
Pərvizi toyumdan 3 ay sonra bir dəfə görmüşdüm. Onda mənə yarım-yarımçıq bir sözlər dəmişdi. Hamsı yadımda idi. Dəfələrlə düşünüb bir məna çıxarmağa çalışmışdım. Alınmırdı. Həmin gün Pərvizi görəndə çox sevinmişdim. Sevindiyim üçün de özümdən utanmışdım. Və 3 gün içində ona bu qeder bağlandığım üçün də özümü günlərcə danlamışdım. 3 gün 3 ay oldu, Pərviz yadımdan çıxıb zənn edərkən onu gördüm. Çıxmayıbmış.
Pərvizi görəndə yaşadığım sevincden sonrakı hiss isə qorxu idi. Ya yenidən qelbimi qırarsa? Ona məhəl qoymadan yoluma davam etmişdim. İçdən-içə ise arzulayırdım. Arzulayırdım ki, arxamca gəlsin. Lakin gəlmədi. Və mənim qəlbim qırıldı. Yenə.
Bir-neçə müddət keçəndən sonra anladım ki, Pərviz mənim arxamca heç vaxt gəlməyəcək. Baxmayaraq ki, yaşadığım yeri, nömrəmi, oxuduğum universiteti bəlkə də haqqımda hamıdan daha çox şeyi bilir. Ancaq bunlardan heç birin etməmişdi. Dəfələrlə dərsdən çıxanda gözlərim onu axtarırdı, evə gedəndə onu axtarırdı, çölə çıxanda onu axtarırdı. Hətta işlədiyi yerdən keçəndə de axtarırdı. Görmürdüm. Bir müddət sonra əsgərliyə getmiş olacağını düşündüm. Bəs qayıtmamışdı? Bəs atamı mənlə bağlı edeceyi şantajlar? Onları da etməmişdi. Niyə etməmişdi? Bu suala özümlə bağlı o qədər çox cavab axtarmışdım ki. Sonrasında Pərvizin hələ də ortalıqda olmadığını xatırlayıb bütün cavabları silmişdim. Və uzun müddət sonra qəbullanmışdım. Pərviz universiteti bitirib əsgər getmişdi, orda əsgər yoldaşlarına mənlə bağlı xatirələrini lətifə kimi danışıb gülürdü. Sonrasında rayonlarına qayıtmışdı. Və məni də unudub artıq öz həyatını yaşayırdı. Ancaq bundan sonra ondan ümidi kəsmişdim.
İşə girdiyim ilk gün anam mənə qızıl qolbaq almışdı. Axşam evə gələndə hemin gün heç dərsim olmamışdı ve bir müddət tələbəm olmadığı üçün kursa gedib kiçik işlərlə məşğul olmalı olmuşdum. Ancaq anam ve atam mənlə yenə də qürur duyurdular. Anam qolbağı verende belə demişdi "artıq qolunda bir qızıl qolbaq var. Bu da ali tehsilin, işindir. Həmişə də senle qalacaq" deyəsən qolbağı da məcazi olaraq hədiyyə etmişdi. Həmin qolbağı taxandan sonra Bir daha çıxarmadım. Pərvizin qolbağını onu gördüyüm gün axşamı qolumdan çıxarmışdım ve otağımın çox dərinində gizletmişdim. Bilmirəm əsəbimdən idi, yoxsa qolbağa bir şey olmasından qorxduğumdan? Anamın hədiyəsindən bir müddet sonra ise Pərvizin qolbağın özümlə aparıb dənizə atdım. Və sanki aramızdakı tək əlaqəni də beləcə sındırdım. Bütün hadisələrdən 3 il keçmişdi. Böyümüşdüm. Dəyişmişdim. Bəzən yorulmuşdum bəzənsə gümrah hiss edirdim. Bu illər ərzində əlimdə olan şeyler, üstümdəki toydan qaçmış gəlin adı, Hikmət Rzayevin dəli qızı, Arzunun yeni rəfiqəsi, Hüseyndən qaçan tek qız ve qırıq bir qəlb idi.
Özüm ve xoşbəxt olduğum tək yer isə iş yerim idi. Orda Şəbnəm, Şəbnəm müəllim idim. Heç kimin qızı, rəfiqəsi ya da köhnə nişanlısı olmayıb yalnızca özüm olduğum yer.


İlk bölümü Şəbnəmin ruh halıyla tanışmaq olmaq üçün qısa yazdım. Ümid edirəmki bəyəndiniz. Fikirlərinizi gözləyirəm.

Böyüdüm. (3 günlük gəlin kitabının davamı)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin